Untitled Document




Plastik kartlar

ABB bank kartları biznesinə böyük əhəmiyyət verir. Plastik kartlardan istifadə olunmaqla nağdsız hesablaşmaların inkişaf etdirilməsinin ümumiqtisadi əhəmiyyəti vardır və bu, ABB-nin fəaliyyətinin öncül istiqamətlərindən biridir.

VISA International və MasterCard International beynəlxalq ödəniş sistemlərinin tam hüquqlu üzvü və American Express şirkətinin Azərbaycanda ekslyuziv partnyoru olan ABB plastik kartların buraxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş spektrini təqdim edir. Bank əhaliyə American Express Card, American Express Gold Card, American Express Platinum, Visa Electron, Visa InternetCard, Visa Classic, Visa Classic LadiesCard, Visa Gold, Visa Platinum, Visa Business, Visa Business Gold, Cirrus Maestro, MasterCard WebCard, MasterCard Standard, MasterCard Gold, MasterCard Business bank kartları təqdim edir. Özünün prosessinq şirkətinin olması Banka beynəlxalq plastik kart sahiblərinə xidmətin keyfiyyətini yüksəltməyə və yeni bank məhsulları yaratmağa imkan verir.

Azərbaycan Beynəlxalq Bankının bankomatlar şəbəkəsi respublikanın 50-dən artıq şəhərini, o cümlədən, Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Əli-Bayramlı, Mingəçevir və s., əhatə edir. Bu şəbəkə 600-ə yaxın bankomatdan ibarətdir.

ABB ekvayrinq şəbəkəsini də inkişaf etdirir: hazırda 2500-dən artıq ticarət-servis məntəqəsi bank kartları ilə xidmətə cəlb edilmiş, iri mağazalarda, tanınmış butiklərdə, restoranlarda, mehmanxanalarda və sairdə kartlardan istifadə üçün şərait yaradılmışdır. Ekvayrinq terminalları şəbəkəsinin təşkili “kart” hesablaşmalarını müştərilər üçün daha münasib və cəlbedici edir.

İnternet sitemində hesablaşmaların həyata keçirilməsi üçün nəzərdə tutulan VISA InterCardMasterCard WebCard kartlarının populyarlığı artır. Plastik kartlar vasitəsilə kommunal xidmətlərin, mobil və stasionar telefon rabitəsi və internet provayderlərinin xidmətlərinin haqlarının ödənilməsinə dair əməliyyatların intensiv şəkildə artması qeyd olunmalıdır. Internet Banking и MobileBanking sistemlərinin istifadəçilərinin sayı da daima artmaqdadır.

ABB korporativ kartlar ilə yanaşı  «Əmək haqqı kartı» layihələrini də reallaşdırır. Bu sistemin səmərəliliyi respublikanın 700-dək müəssisə və təşkilatının yüz minlərlə əməkdaşına xidmət göstərilməsi prosesində yoxlanılmışdır.

 





Copyright © 1992-2010 International Bank of Azerbaijan