ABB-nin fəaliyyətinin öncül istiqamətlərindən biri fərdi muştərilərlə işdir. Ötən illər Bank fərdi muştərilərə təqdim olunan xidmətlərin həcmini artırmışdır.
Bankın xidmətlərindən əhalinin bütün təbəqələri istifadə edirlər. Onlara təklif olunan əmanət növləri – “Uşaq”, “Multivalyuta”, “Klassik”, “Avans”, “Yığım” gəlirliliyi və sosial müdafiə baxımından müxtəlif səviyyəli müştərilərin məqsədli qrupları üçün nəzərdə tutulur.
Bank əhaliyə American Express Card, American Express Gold Card, Visa Electron, Visa InternetCard, Visa Classic, Visa Classic LadiesCard, Visa Gold, Visa Platinum, Visa Business, Visa Business Gold, Cirrus Maestro, MasterCard WebCard, MasterCard Standard, MasterCard Gold, MasterCard Business bank kartları təqdim edir.
ABB müştərilərə yeni bank texnologiyalarından istifadə olunmaqla əla bank servisi təklif edir. Bu servisin başlıca prinsipləri komplekslilik, ciddi məxfilik və müştərilərin istəklərinin maksimum nəzərə alınmasıdır.
Blizko, Contact, Migom, Xpress-Money, Kart Transfer, Wester Union, Coinstar, Iba-Exspress təcili pul köçürmə sistemləri ilə əməkdaşlıq Bankın müştərilərinə real vaxt rejimində xarici valyuta ilə təcili köçürmələr etməyə imkan verir. Bu köçürmələrin əsas meyarları təcililik, etibarlılıq və rahatlıqdır.