• Missiya

  • Rəhbərlik

  • Tarixi hadisələr

  • Xəbərlər

  • Maliyyə hesabatları

  • Reytinq və mükafatlar

  • Tariflər

  • Bankın təşkilati strukturu


  • Untitled Document
     

    Xəbərlər

    Fitch Azərbaycanın reytinqini investisiya səviyyəsinədək artırıb, RDE «BBB-» səviyyəsinədək yüksəldilib

    20.05.2010 Fitch Ratings -London 20 may 2010-cu il. Bu gün Fitch Ratings Azərbaycanın milli və xarici valyutada uzunmüddətli emitentin defoltu reytinqlərini «BB+» səviyyəsindən «BBB-» səviyyəsinədək yüksəldib. Hər iki reytinqlər üzrə proqnoz «stabildir». Habelə, Fitch Azərbaycanın ölkə həddini «BB+»-dan «BBB-»-dək və xarici valyutada qısamüddətli RDE ni«B»-dən «F3»-dək yüksəldib.

    «Fitch»in reytinqləri üzrə analitik qrupun kiçik direktoru Andres Kların sözlərinə görə, Azərbaycanın suveren reytinqinin investisiya səviyyəsinə qədər yüksəlməsi neft gəlirlərinin sürətlə artımını və bu gəlirlərin səmərəli idarə olunduğunu əks etdirir. Həmin gəlirlər ölkənin dövlət və xarici netto-kreditor kimi güclü mövqeyinin yaradılması üçün istifadə olunur. Azərbaycanın güclü dövlət balansı isə ölkədə olan struktur çatışmazlığı nəticəsində əmələ gələ biləcək potensial sarsıntılar üçün möhkəm ehtiyatı təmin edir.

    İri neft gəlirlərinin səmərəli istifadəsi Azərbaycanın Dövlət Neft Fondunun (suveren rifah fondunun ) aktivlərinin 2010-cu ilin aprelin 1-nə 16,2 mlrd. dollara çatdırılmasına (2009-cu ilin ÜDM-nin 38%-i) imkan verib. Beynəlxalq neft bazarında qiymətlərin tərəddüd etməsi və dünya maliyyə böhranına baxmayaraq, Azərbaycanda büdcə profisiti ÜDM-in 6,3%-i səviyyəsində olub, çünki hökumət Neft Fondunun vəsaitlərinin istifadəsinin artırılması deyil, büdcə xərclərinin azaldılmasını həyata keçirib. Nəticədə, Fondun vəsaitlərinin 3,7 mlrd. dollar artırılması təmin olunub. Cari əməliyyatlar balansının müsbət saldosu 2009-cu ilin yekunlarına görə ÜDM-in 20,7%-nə çatıb, inflyasiya isə 2008-ci ildəki 20,8%-dən 2009-cu ildə 1,5%-ə enib.

    Neft ixracatçısı ölkəsi kimi, Azərbaycan əksər xarici maliyyə göstəriciləri üzrə müqayisəli ölkələrin orta göstəricilərini üstələyir. Ölkənin xarici aktivlərinin xalis dəyəri 2009-cu ilin sonunda ÜDM-in 37%-ni təşkil edib ki, bu da Qazaxıstan (41%) və Rusiyanın (33%) göstəriciləri ilə müqayisəli göstəricilərdir. Eyni zamanda, Azərbaycanda özəl sektorun borclarının orta səviyyədə olması həmin ölkələrlə müqayisədə güclü mövqedir. Bunu həmçinin daha bir fakt təsdiq edir. Azərbaycanın xarici netto-kreditor mövqeyi ÜDM-in 36%-nə, Rusiyanın mövqeyi 26%-nə bərabərdir, Qazaxıstanın isə 27%-lik xarici dövlət borcu var. Dünya maliyyə böhranı ərzində Azərbaycanın Mərkəzi Bankı manatın dollara qarşı məzənnəsinin uğurla sabit saxlanmasına nail olmuşdur.

    Eyni zamanda iri neft gəlirlərini əldə etmə potensialı Azərbaycanda nisbətən orta səviyyədədir. «Fitch» hesablamalarına görə , 2009-cu ilin hasilat səviyyəsi saxlanılarsa ölkənin neft ehtiyatları 18 ildən sonra tükənəcək, halbuki, Qazaxıstan üçün bu müddət 54 ilə bərabərdir. Proqnozlaşdırılır ki, Azərbaycanda hasilat səviyyəsi 2010-2014-cü illərdə sabit qalacaq, sonra isə azalmağa başlayacaqdır. «Fitch»in hesablamalarına görə, həmin amil ÜDM-in real artımının orta hesabla 2009-cu ilədək beş il ərzində olan 21%-i müqabilində , 2010-cu ildə 3%, 2011-ci ildə isə 2%-dək azalmasına səbəb olacaqdır.

    İri neft gəlirlərinin əldə edilməsinin nisbətən qısa müddəti büdcənin konservativ idarə edilməsinin və iqtisadiyyatın diversifakasiyasının əhəmiyyətini artırır. «Fitch» neft gəlirləri hesabına illik xərcləri neftdən olan «daimi gəlirlər» səviyyəsinə uyğun olaraq məhdudlaşdırmaqla büdcə idarəetməsini məqsədəuyğun hesab edir. Bundan başqa, «Fitch» Neft Fondunun şəffaflığından razılığını bildirib, bu da Azərbaycanın hasiletmə sənayesinin fəaliyyətinin şəffaflığının artırılması üzrə Beynəlxalq Təşəbbüskarlığı (Extractive Industries Transparency Initiative) yerinə yetirən birinci ölkənin olduğunu təsdiq edir. «Fitch»in hesablamalarına görə, 2010-cu ilin sonuna Neft Fondunun aktivləri 22 mlrd. dollara (ÜDM-in 45%-nə) çatacaq.
    Dünya Bankının tədqiqatlarına görə,biznesin aparılması şəraiti üzrə kifayət qədər yaxşı 38-ci yerdə olmasına baxmayaraq, iqtisadiyyatın diversifikasiyası və onun qeyri-neft hissəsinin inkişaf templərinin artırılması korrupsiyanın azaldılmasına və qeyri-neft iqtisadiyyatının işgüzar iqlimi səviyyəsinin artırılmasına yönəldilmiş struktur islahatların aparılmasını tələb edəcəkdir. Adambaşına düşən ÜDM «BBB» kateqoriyası üçün nəzərdə tutulmuş median səviyyəsinin yalnız üçdə birini təşkil edir. Baxmayaraq ki, «Fitch» qeyri-sabitliyin əhəmiyyətli dərəcədə artacağını gözləmir, lakin Dağlıq Qarabağ ilə əlaqədar Ermənistan ilə dondurulmuş münaqişə, habelə siyasi hakimiyyətin mərkəzləşdirilmiş və qeyri-şəffaf strukturu, institusional mühitdə və idarəetmə sahəsində olan qüsurlar və korrupsiyanın yüksək səviyyədə olması risk amili yaradır.
    Tətbiq edilən reytinq meyarları www. Fitchratings.com: saytında verilmişdir. Bax: 16 oktyabr 2009-cu il tarixli «Suveren reytinqlərin təqdim edilməsi metodologiyası» (Sovereign Rating Methodology).


    www. Fitchratings.com



    ilkin tarix      sonuncu tarix      
     
    Copyright © 1992-2010 International Bank of Azerbaijan