• Missiya

  • Rəhbərlik

  • Tarixi hadisələr

  • Xəbərlər

  • Maliyyə hesabatları

  • Reytinq və mükafatlar

  • Tariflər

  • Bankın təşkilati strukturu


  • Untitled Document
     

    Xəbərlər

    Fitch Azərbaycan Beynəlxalq Bankının reytinqini investisiya səviyyəsinədək qaldırıb

    28.05.2010 Ötən gün Fitch Ratings Azərbaycan Beynəlxalq Bankının uzunmüddətli emitentin böhran reytinqini (EBR) xarici valyutada «BB+» səviyyəsindən «BBB-» səviyyəsinədək qaldırıb.

    Fitch-in məlumatına görə, mövcud reytinq fəaliyyəti Azərbaycanın uzunmüddətli emitentin böhran reytinqinin (EBR) 20 may 2010-cu il tarixdə «Sabit» proqnozla «BB+» səviyyəsindən «BBB-» səviyyəsinədək qaldırmasından sonra baş verib.

    Azərbaycan Beynəlxalq Bankının reytinqlərinin qaldırılması Fitch-in Bankın Azərbaycanın bank sistemində və bütövlükdə iqtisadiyyatda sistem əhəmiyyətli olmasını, həmçinin Bankın majoritar mülkiyyətçisinin Azərbaycanın Maliyyə Nazirliyi olmasını (50,2 faiz) nəzərə almaqla, lazım gəldiyi zaman ölkə hökumətindən dəstək alınmasının yüksək ehtimallı olması ilə bağlı rəyini əks etdirir. Bundan başqa, reytinq fəaliyyəti bankın, bu maliyyə təşkilatını dəstəkləmək üçün dövlətin əli çatan resurslar baxımından ölçülüb-biçilmiş ölçüsünü nəzərə alır, belə ki, 2010-cu ilin birinci rübünün sonuna Azərbaycan Beynəlxalq Bankının ümumi passivləri 4,7 milyard manat təşkil edib ki, bu da 2009-cu ildə ÜDM-in 14 faizi, və ya 2009-cu il üzrə mərkəzi hökumətin büdcə gəlirlərinin 46 faizi qədər olub.

    Elə həmin tarixə bankın valyuta passivləri (3,7 milyard dollara ekvivalent) müstəqil rifah fondunun və rəsmi valyuta ehtiyatlarının məcmu həcminin 17 faizini təşkil edib və bu passivlərin xarici hissəsi (1.3 milyard dollara ekvivalent, bunun 53 faizi Middle East bank qarşısında borcdur) müstəqil rifah fondunun və valyuta ehtiyatlarının 6 faizi səviyyəsində olmaqla daha məqsədəuyğun səviyyədə qalıb.

    ABB-nın xarici valyutada qısamüddətli emitentin böhran reytinqi «B» səviyyəsindən «F3» səviyyəsinə qalxıb. Fərdi reytinq «D/E» səviyyəsində təsdiqlənib. Dəstək reytinqi «3» səviyyəsindən «2»yə qaldırılıb. Uzunmüddətli emitentin böhran reytinqinin dəstəkləmə səviyyəsi «BB+»dan «BBB-»ə yüksəlib.



    «Zerkalo»



    ilkin tarix      sonuncu tarix      
     
    Copyright © 1992-2010 International Bank of Azerbaijan