|
|
|
|
Xəbərlər
"ABB-MOSKVA" RBK-nın “2010-cu ilin I rübündə ən gəlirli və effektiv bank” reytinqinə daxil olub
| 08.06.2010 |
 |
Azərbaycan Beynəlxalq Bankının törəmə bankı ABB-MOSKVA RBK-nın "2010-cu ilin I rübündə ən gəlirli və effektiv bank" reytinqinə daxil olub və I rübün gəlirli banklarının TOP 500-də 193-cü yerdə qərarlaşıb.
Bank I rübün gəlirli banklarının TOP 500-də 193-cü, analoji dövrdə aktivlərdən istifadənin effektivliyi üzrə reytinqdə 120-ci, universal bankların TOP 300-də 162-ci mövqedədir.
ABB-MOSKVA, həmçinin, RBK-nın "2010-cu ilin I rübündə Rusiyanın ən iri bankı" reytinqinə də daxil olub, təmiz aktivlər üzrə 136-cı (15 972,07 milyon rubl) və kredit portfeli üzrə (7 182,94 milyon rubl) 129-cu mövqelərdə qərarlaşıb.
"ABB-Moskva" Azərbaycan Beynəlxalq Bankının törəmə strukturudur. Rusiyada fəaliyyət göstərən ilk və yeganə yüzfaizlik Azərbaycan sərmayəsinə malik bankdır.
Trend |
|
|
|
|
|