• Beynəlxalq sığorta şirkəti

  • ABB-Moskva

  • Frankfurt nümayəndəliyi

  • London nümayəndəliyi

  • Lyuksemburq nümayəndəliyi

  • Nyu-York nümayəndəliyi

  • Dubay nümayəndəliyi


  • Untitled Document
     

    Törəmə müəssisələr

    Müxtəlif maliyyə xarakterli xidmətləri təqdim edən Azərbaycan Beynəlxalq Bankı tədricən maliyyə korporasiyasına çevrilir. Belə ki, ABB aşağıdakı strukturların təsisçisi və sahibidir:

    Törəmə müəssisələr:

    Müəssisənin adı və hüquqi statusu Fəaliyyət istiqamətləri Nizamnamə kapitalı (AZN) Kapitalında ABB-nin payı (%-lə) Qeydiyyat ölkəsi

    1. «Azərbaycan Beynəlxalq Bankı–Moskva» MMC

    Bank xidmətləri

    12 995 100

    100%

    Rusiya Federasiyası

    2. «Azərbaycan Beynəlxalq Bankı–Gürcüstan» MMC

    Bank xidmətləri

    4 582 725

    75%

    Gürcüstan
    3. «Beynəlxalq Sığorta Sirkəti» MMC Sigorta xidmətləri
    8 800 000

    100%

    Azərbaycan
    4. «Azərikard» MMC Plastik kartların prosessinqi
    1 500 000

    100%

    Azərbaycan

    5. «Biznes-Rabitə»

    Rabitə xidmətləri
    15 797,52

    100%

    Azərbaycan

    Assosiasiya olunmus müəssisələr:

    Müəssisənin adı və hüquqi statusu Fəaliyyət istiqamətləri Nizamnamə kapitalı (AZN) Kapitalında ABB-nin payı (AZN və %-lə) Qeydiyyat ölkəsi

    1. «Joint Lizinq Kompani» QSC

    lizinq əməliyyatları

    700 000
    333 200 (47,69%)

    Azərbaycan

    2. «Bakı Fond Birjası» QSC

    qiymətli kağızların alqı-satqısının təşkil edilməsi

    1 140 000

    60 000 (5,26%)
    Azərbaycan

    3. «Bakı Banklararası Valyuta Birjası» QSC

    birja hərraclarının təşkil edilməsi yolu ilə valyuta əməliyyatlarının aparılması

    1000

    200 (20,00%)
    Azərbaycan

    «Azərbaycan Beynəlxalq Bankı - Moskva» («ABB-Moskva»)2002-ci il yanvarın 24-də yaradılmışdır və 100% xarici kapitala malik Rusiya Federasiyasının rezident bankıdır. Bankın nizamnamə kapitalı 10 milyon Avrodur. Bank hüquqi və fərdi şəxs olan müştərilərə müxtəlif çeşidli xidmətlər göstərir. 2003-cü ilin iyun ayında Bank Sankt-Peterburq şəhərində öz ilk filialını açmışdır.

    «Azərbaycan Beynəlxalq Bankı-Gürcüstan» («ABB-Gürcüstan») – 2006-cı il noyabrın 16-da yaradılmışdır və 100% xarici kapitala malik Gürcüstanın rezident bankıdır. Bankın qeydiyyatdan keçmiş və ödənilmiş nizamnamə kapitalı 12 milyon Gürcüstan larisidir (təxminən 7 milyon ABŞ dolları). Səhmlərinin 75% Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsusdur. “ABB-Gürcüstan” universal Bank kimi hüquqi və fərdi şəxs olan müştərilərə müxtəlif çeşidli xidmətlər göstərir. “ABB-Gürcüstan” Gürcüstan Respublikası, Tiflis şəhəri, Leonidze küçəsi 1 ünvanında yerləşir.

    Beynəlxalq Sığorta Şirkəti 2002-ci ilin aprelində yaradılmışdır. Nizamnamə kapitalı 8,8 milyon manatdır ki, bu da Azərbaycanın sığorta şirkətlərinin məcmu kapitalının təxminən 34%-ini təşkil edir. Şirkət bütün sığorta növləri, o cümlədən, Azərbaycanın digər sığorta şirkətlərinə təkrar sığorta üzrə xidmət göstərir.

    AzəriKard” prosessinq şirkəti bütünlüklə ABB-yə məxsusdur. Bu prosessinq mərkəzi VISA International, MasterCard International və American Express beynəlxalq ödəmə sistemləri tərəfindən sertifikatlaşdırılmışdır və həm Azərbaycanda, həm də xaricdə 26 bank üçün klirinq və təsdiqləyici mərkəz kimi çıxış edir.

    “Joint Leasing” şirkəti Azərbaycan respublikasında aktiv fəaliyyət göstərən ilk lizinq şirkətidir. Şirkət səhiyyə, kənd təsərrüfatı, nəşriyyat, tikinti, yeyinti və s. sənayesi avadanlıqların alınması üçün maliyyə qoyuluşunun ən səmərəli formasını təklif edir. Bu, bank risklərini azaltmaq, müştərilərlə yeni keyfiyyət səviyyəsində işgüzar münasibətlər qurmaq, lizinq yolu ilə müştərilərə təqdim olunmuş əsas vəsaitlərə yüksək nəzarətə və Bankın təsir dairəsinin səmərəli şəkildə genişləndirilməsinə nail olmaq üçün təminatlı imkandır. Bank lizinqə öz biznesinin olduqca perspektivli sahəsi kimi baxır.

     





    Copyright © 1992-2010 International Bank of Azerbaijan