ABB-nin müştәrisi olmaq çox asandır! Biz böyük mәmnuniyyәtlә arzu edәnlәrә öz xidmәtlәrimizi tәqdim edirik.
Bank xidmәtlәrindәn yararlanmaq üçün
3 sadә addım atmağınız kifayәtdir:
1-ci addım:
Әrizә formasınıunu doldurun
Cari hesabı açmaq üçün
Ərizә formasını və
Müqaviləni çap edib diqqәtlә doldurun.
2-ci addım:
Lazımi sәnәdlәri hazırlayın
Azәrbaycan Respublikası vәtәndaşları üçün aşağıdaki sәnәdlәri tәqdim etmәk zәruridir:
- Şәxsiyyәt vәsiqәsinin әsli vә surәti (şәxsiyyәt vәsiqәsinin ön və arxa tərəfi)
Siz fәrdi işadamısınızsa әlavә olaraq aşağıdakı sәnәdlәrini dә tәqdim etmәlisiniz:
- Dövlәt statistika Komitәsinin verdiyi qeydiyyat haqqında şәhadәtnamәnin
notarius tәrәfindәn tәsdiq edilmiş surәti
- Dövlәt Sosial Siğorta Fondu tәrәfindәn verilmiş qeydiyyat haqqında arayış
- Vergi Xidmәti tәrәfindәn verilmiş şәhadәtnamәnin orginal-surәti
- Hәmçinin İmza nümunələri kartını doldurmaq zәruridir (Kart Sizә Bank işçisi
tәrәfindәn tәqdim edilәcәk vә onun hüzurunda doldurulmalıdır)
Xarici ölkә vәtәndaşları hesab açmaq üçün aşağıdakı sәnәdlәri tәqdim etmәlidirlәr:
- Pasportun surәti, hәmçinin, pasportda uyğun başqa rәsmi qeydlәr yoxdursa, Azәrbaycana giriş vizasının surәti.
- Müvəqqəti qeydiyyat sәnәdinin surәti
- Şәxsiyyәtinizi tәyin etmәkdә kömәk edәcәk vә qanunlarla mәqbul sayılan hәr hansı başqa bir sәnәdin surәti.
- Hәmçinin İmza nümunələri kartını doldurmaq zәruridir (Kart Sizә Bank işçisi
tәrәfindәn tәqdim edilәcәk vә onun hüzurunda doldurulmalıdır)
! Оnu da diqqәtinizә
çatdırmaq istәyirik ki, yuxarıdaki sәnәdlәrә әlavә olaraq Bank başqa sәnәdlәrin
dә tәqdim edilmәsini tәlәb edә bilәr.
3-cü addım:
Doldurduğunuz әrizә formunu vә lazımi sәnәdlәri Banka tәqdim edin
Ərizə formunu doldurub hesab açmaq istәdiyiniz Filiala vә ya Şöbәyә gәlәrәk işçimizә
tәqdim edin.
! Şәxsiyyәt vәsiqәnizin vә ya onu әvәz edәn sәnәdin әslini özünüzlә götürmәyi unutmayin.
Sualınız olduğu təqdirdə habelə tәlәb edilәn sәnәdlәrin tam siyahısı haqqında
öyrənmək istədiyniz halda ABB İnformasiya Xidmәtinin aşağıdakı telefonlarına
zәng edә bilәrsiniz.
(994 12) 493 0566
və ya (994 12) 493 0166