Əməliyyat departamenti - Kart əməliyyatlarının monitorinqi üzrə mütəxəssis
Geri qayıtmaq

Əməliyyat departamenti - Kart əməliyyatlarının monitorinqi üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Telescope sistemində offline hesabatlar üzrə təlabatların formaşdırılması;            
  • ORM sistemində monitorinq;                                                                                           
  • Tel Risk reps - issuing və Tel Risk reps - acquiring yoxlanılması;                            
  • MXS və tələb olduqda bir başa müştərilərlə əməliyyatların aydınlaşdırılması;       
  • Bankın tərəfdaş seçdiyi şirkətlərin risk monitorinq sistemləri ilə iş;               
  • Beynəlxalq və yerli kart təşkilatları ilə iş.                                                                                                                                                                                               .

 Bizim üçün ideal namizəd:

  • Ali İqtisadi təhsili olan;
  • Ofis proqramları ilə sərbəst işləməyi bacaran;
  • Sahə üzrə 1-3 il iş təcrübəsi olan;
  • Komandada işləmə bacarığı olan;
  • İnduktiv və analitik təhlil bacarıqları olan şəxsdir. 

Bu iş sizə nələri qazandıracaq:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
  • Davamlı karyera inkişafı
  • Bank sahəsində  iş proseslərini dərindən öyrənmək imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur. Məktubun mövzu hissəsində müraciət edilən vakansiya adının Kart əməliyyatlarının monitorinqigöstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az