Əmanətli ipoteka krediti
Geri qayıtmaq

Əmanətli ipoteka krediti

Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi “Əmanətli ipoteka krediti” məhsulu ilə Siz artıq əmanət gəlirlərinizlə mənzil sahibi ola bilərsiniz. Belə ki, 3 ilədək müddətə ölkənin ən etibarlı Bankında əmanətinizi yerləşdirməklə, sonda hesablanmış faizlərlə birgə ipoteka kreditinin ilkin ödənişini etmiş olursunuz. Bu məhsuldan Azərbaycan Beynəlxalq Bankı və ya digər banklardan əmək haqqı alan 18-60 yaş arası bütün Azərbaycan Respublikası vətəndaşları yararlana bilər.

“Əmanətli ipoteka krediti” məhsulu iki mərhələdən ibarətdir. İlkin mərhələ olaraq siz, əmanətinizi Azərbaycan Beynəlxalq Bankına yerləşdirirsiniz, daha sonra isə yığılan faizlərlə birgə əmanətiniz ilkin ödəniş olaraq hesablanır.

Əmanət şərtləri

Müddət              

1 il, 2 il, 3 il

Müddətin uzadılması     

İcazə verilmir

Valyuta

AZN

Əmanət məbləğinin azaldılması 

İcazə verilmir

Minimal aylıq yığım məbləği

300 AZN

Maksimal aylıq yığım məbləği

5000 AZN

Yığım məbləğinin azaldılması

İcazə verilmir

Yığım məbləğinin artırılması        

İcazə verilmir

Əmanətin vaxtından əvvəl çıxarılması*

Mümkündür

*Əmanət məbləği vaxtından əvvəl çıxarıldığı halda heç bir faiz hesablanmır.

 

Müddətə görə faizlər aşağıdakı cədvəldəki kimi müəyyən edilir:

Müddət

Faiz dərəcəsi

Faizlərin ödənilməsi

1 il

7.5 %

Müddətin sonunda

2 il

8 %

Müddətin sonunda

3 il

8 %

Müddətin sonunda

Kredit məhsulu ilə bağlı daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz:

Keçid et

Mənzil alınması üçün kreditin rəsmiləşdirilməsi

Azərbaycan Beynəlxalq Bankının kartı vasitəsi ilə əmək haqqı alan şəxslər üçün

Kreditin şərtləri

Məbləğ

Maks. 300 000 AZN

Valyuta

AZN

Müddət              

20 ilədək

Komisyon haqqı

Yoxdur

İllik faiz dərəcəsi

9%-dan başlayaraq

İlkin ödəniş*     

10%-dan başlayaraq

Aylıq kredit ödənişi        

Əmanətin aylıq yığım məbləğinin 120%-dək

Girov    

Alınan mənzil

Tələb olunan sənədlər  

Şəxsiyyət vəsiqəsi; Rəsmi gəliri təsdiq edən sənəd

*Müddətin sonunda hesablanmış Əmanət məbləği kreditin ilkin ödənişi hesab olunacaqdır.

 

Digər bankların kartı vasitəsi ilə əmək haqqı alan şəxslər üçün

Kreditin şərtləri

Məbləğ

Maks. 300 000 AZN

Valyuta

AZN

Müddət

20 ilədək

Komisyon haqqı                

Yoxdur

İllik faiz dərəcəsi

10%-dan başlayaraq

İlkin ödəniş*

20%-dan başlayaraq

Aylıq kredit ödənişi

Əmanətin aylıq yığım məbləğinin 120%-dək

Girov

Alınan mənzil

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsi; Rəsmi gəliri təsdiq edən sənəd

*Müddətin sonunda hesablanmış Əmanət məbləği kreditin ilkin ödənişi hesab olunacaqdır.

 

Tez-tez verilən suallar

Əmanətli ipoteka krediti haqqında

  • Əmanətli ipoteka krediti nədir?

Əmanətli ipoteka krediti vasitəsilə müştərilər Azərbaycan Beynəlxalq Bankının daxili vəsaiti hesabına güzəştli şərtlərlə mənzil almaq imkanı əldə edəcəklər. 3 ilədək müddətə Banka yerləşdirilən əmanət, müddətin sonunda hesablanmış faizlərlə birgə kreditin ilkin ödənişi hesab olunacaq.

  • Məhsulun hansı üstünlükləri var?

Ölkənin ən etibarlı bankına yüksək gəlirlə yığım imkanı olan əmanət yerləşdirə biləcəksiniz. Yerləşdirdiyiniz əmanət alacağınız mənzilin ilkin ödənişi hesab olunacaq. Eyni zamanda, güzəştli şərtlərlə ipoteka krediti əldə etmək imkanı qazanacaqsınız.

  • Məhsuldan kimlər faydalana bilər?

Yaşı 18 – 60 arasında olan, rəsmi əmək haqqı alan Azərbaycan Respublikasının vətəndaşları bu məhsuldan faydalana bilərlər.

  • Məhsulu necə əldə etmək olar?

Məhsuldan istifadə prosesi 2 mərhələdən ibarətdir. İlkin mərhələdə əmanət yerləşdirilir. İkinci mərhələdə müddətin sonunda hesablanmış əmanət məbləği alınacaq mənzilin ilkin ödənişinə yönləndirilir və bankın daxili vəsaiti hesabına ipoteka krediti rəsmiləşdirilir.

Əmanəti hansı şərtlərlə yerləşdirmək olar?

  • Əmanət məbləğinə və müddətinə limitlər varmı?

Əmanət aylıq yığım əsasları ilə minimal 300 AZN, maksimal 5000 AZN olmaqla 1, 2 və ya 3 il müddətinə yerləşdirilə bilər.

  • Aylıq yığım məbləğinin dəyişdirilməsi mümkündürmü?

Əmanətin aylıq yığım məbləği, əmanətin yerləşdirildiyi vaxt müştəri tərəfindən müəyyən olunur, müddətin sonunadək artırıla və azaldıla bilməz.

  • Əmanətin vaxtından əvvəl götürülməsi mümkündür?

Əmanət vaxtından əvvəl götürülərsə, faizlər hesablanmır.

  • Aylıq yığım məbləğinin ödənişində gecikmə olarsa nə baş verir?

İl ərzində 1 dəfədən çox olmamaq şərtilə yığım məbləğinin ödənişində gecikməyə icazə verilir.

  • Aylıq yığıma təyin olunmuş məbləğdən az və ya artıq ödəniş olarsa?

Yığım ödənişinə təyin olunmuş məbləğdən az ödəniş olarsa, həmin məbləğ üçün faizlər hesablanmır. Yığım ödənişinə artıq ödəniş olarsa, təyin edilmiş məbləğ əmanət hesabına yönləndirilir və artıq vəsait müştərinin cari hesabında saxlanılır.

  • Müddətin sonundakı əmanət məbləği mənzilin ilkin ödənişindən az və ya çox olarsa vəziyyət necə tənzimlənir?

Əmanət məbləği ilkin ödənişdən az olarsa, müştəri həmin fərqi öz vəsaiti hesabına əlavə ödəniş etməklə bağlaya bilər. Əmanət məbləği ilkin ödənişdən çox olarsa, artıq vəsait müştərinin istəyi əsasında özünə qaytarıla bilər.

Əmanətli ipoteka kreditini hansı şərtlərlə rəsmiləşdirmək olar?

  • Kredit məbləğinə və müddətinə limitlər varmı?

Kredit maksimal 300.000 AZN olmaqla 1 ildən 20 ilədək müddətə götürülə bilər.

  • Komisyon haqq tətbiq edilirmi?

Xeyr, kreditə komisyon haqqı tətbiq olunmur.

  • Kreditin aylıq ödənişinə dair tələblər necədir?

Kreditin aylıq ödənişi anuitet əsaslarla müəyyənləşərək, əmanətin aylıq yığım məbləğinin 120%-dən çox olmamalıdır.

  • Zaminlik və ya girov tələbləri varmı?

Zaminlik tələbi yoxdur. Alınacaq mənzil kreditin girov təminatı hesab olunacaq.

  • Alınacaq mənzilə dair hansı tələblər var?

Mənzil fərdi yaşayış sahəsi olmaqla Bakı, Abşeron, Sumqayıt şəhərləri ərazisində yerləşməlidir.

  • Tələb olunan sənədlər hansılardır?

Şəxsiyyət vəsiqəsi, Rəsmi əmək haqqını təsdiq edən sənəd.