Əmanətli ipoteka krediti

Əmanətli ipoteka krediti

Azərbaycan Beynəlxalq Bankının “Əmanətli ipoteka krediti” məhsulu, müştərilərə güzəştli şərtlərlə Bankın daxili vəsaiti hesabına mənzil almaq imkanı verir.

3 ilədək müddətə Banka yerləşdirilən əmanətlər, müddətin sonunda hesablanmış faizlərlə birgə kreditin ilkin ödənişi hesab olunacaq.

əmanətli ipoteka, ilkin ödənişsiz ipoteka, daxili ipoteka krediti, ilkin odenissiz ipoteka
ETİBARLI

Ölkənin etibarlı bankında əmanətiniz qorunur

SƏRFƏLİ

Əmanətdə yüksək illik faiz dərəcəsi

RAHAT

Əmanət məbləğinin aylıq yığım imkanı

Kimlər faydalana bilər ?

Əmanətli ipoteka kalkulyatoru

Proqram 2 mərhələdən ibarətdir

Mərhələ-1 Əmanətin yerləşdirilməsi Əmanətin yerləşdirilməsi
Mərhələ-2 Mənzil alınması üçün kreditin rəsmiləşdirilməsi

Şərtlər

Müddət

1 il, 2 il, 3 il

Müddətin uzadılması

İcazə verilmir

Valyuta

AZN

Əmanət məbləğinin azaldılması

İcazə verilmir

Minimal aylıq yığım məbləği

300 AZN

Maksimal aylıq yığım məbləği

5000 AZN

Yığım məbləğinin azaldılması

İcazə verilmir

Yığım məbləğinin artırılması

İcazə verilmir

Əmanətin vaxtından əvvəl çıxarılması*

Mümkündür

*Əmanət məbləği vaxtından əvvəl çıxarıldığı halda heç bir faiz hesablanmır

Müddətə görə faizlər aşağıdakı cədvəldəki kimi müəyyən edilir:

Müddət

Faiz dərəcəsi

Faizlərin ödənilməsi

1 il

7.5 %

Müddətin sonunda

2 il

8 %

Müddətin sonunda

3 il

8 %

Müddətin sonunda

Azərbaycan Beynəlxalq Bankının kartı vasitəsi ilə əmək haqqı alan şəxslər üçün Digər bankların kartı vasitəsi ilə əmək haqqı alan şəxslər üçün
Məbləği  Maks. 300 000 AZN Maks. 300 000 AZN
Valyutası AZN AZN
Müddəti
20 ilədək 20 ilədək
Komisyon haqqı
Yoxdur Yoxdur
İllik faiz dərəcəsi

9%-dan başlayaraq

10%-dan başlayaraq

İlkin ödəniş*

10%-dan başlayaraq

20%-dan başlayaraq

Aylıq kredit ödənişi

Əmanətin aylıq yığım məbləğinin 120%-dək

Əmanətin aylıq yığım məbləğinin 120%-dək

Girov

Alınan mənzil

Alınan mənzil

Tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsi; Rəsmi gəliri təsdiq edən sənəd

Şəxsiyyət vəsiqəsi; Rəsmi gəliri təsdiq edən sənəd

*Müddətin sonunda hesablanmış Əmanət məbləği kreditin ilkin ödənişi hesab olunacaqdır.

Tez-tez verilən suallar

Əmanətli ipoteka krediti haqqında

  • Əmanətli ipoteka krediti nədir?

Əmanətli ipoteka krediti vasitəsilə müştərilər Azərbaycan Beynəlxalq Bankının daxili vəsaiti hesabına güzəştli şərtlərlə mənzil almaq imkanı əldə edəcəklər. 3 ilədək müddətə Banka yerləşdirilən əmanət, müddətin sonunda hesablanmış faizlərlə birgə kreditin ilkin ödənişi hesab olunacaq.

  • Məhsulun hansı üstünlükləri var?

Ölkənin ən etibarlı bankına yüksək gəlirlə yığım imkanı olan əmanət yerləşdirə biləcəksiniz. Yerləşdirdiyiniz əmanət alacağınız mənzilin ilkin ödənişi hesab olunacaq. Eyni zamanda, güzəştli şərtlərlə ipoteka krediti əldə etmək imkanı qazanacaqsınız.

  • Məhsuldan kimlər faydalana bilər?

Yaşı 18 – 60 arasında olan, rəsmi əmək haqqı alan Azərbaycan Respublikasının vətəndaşları bu məhsuldan faydalana bilərlər.

  • Məhsulu necə əldə etmək olar?

Məhsuldan istifadə prosesi 2 mərhələdən ibarətdir. İlkin mərhələdə əmanət yerləşdirilir. İkinci mərhələdə müddətin sonunda hesablanmış əmanət məbləği alınacaq mənzilin ilkin ödənişinə yönləndirilir və bankın daxili vəsaiti hesabına ipoteka krediti rəsmiləşdirilir.

Əmanəti hansı şərtlərlə yerləşdirmək olar?

  • Əmanət məbləğinə və müddətinə limitlər varmı?

Əmanət aylıq yığım əsasları ilə minimal 300 AZN, maksimal 5000 AZN olmaqla 1, 2 və ya 3 il müddətinə yerləşdirilə bilər.

  • Aylıq yığım məbləğinin dəyişdirilməsi mümkündürmü?

Əmanətin aylıq yığım məbləği, əmanətin yerləşdirildiyi vaxt müştəri tərəfindən müəyyən olunur, müddətin sonunadək artırıla və azaldıla bilməz.

  • Əmanətin vaxtından əvvəl götürülməsi mümkündür?

Əmanət vaxtından əvvəl götürülərsə, faizlər hesablanmır.

  • Aylıq yığım məbləğinin ödənişində gecikmə olarsa nə baş verir?

İl ərzində 1 dəfədən çox olmamaq şərtilə yığım məbləğinin ödənişində gecikməyə icazə verilir.

  • Aylıq yığıma təyin olunmuş məbləğdən az və ya artıq ödəniş olarsa?

Yığım ödənişinə təyin olunmuş məbləğdən az ödəniş olarsa, həmin məbləğ üçün faizlər hesablanmır. Yığım ödənişinə artıq ödəniş olarsa, təyin edilmiş məbləğ əmanət hesabına yönləndirilir və artıq vəsait müştərinin cari hesabında saxlanılır.

  • Müddətin sonundakı əmanət məbləği mənzilin ilkin ödənişindən az və ya çox olarsa vəziyyət necə tənzimlənir?

Əmanət məbləği ilkin ödənişdən az olarsa, müştəri həmin fərqi öz vəsaiti hesabına əlavə ödəniş etməklə bağlaya bilər. Əmanət məbləği ilkin ödənişdən çox olarsa, artıq vəsait müştərinin istəyi əsasında özünə qaytarıla bilər.

Əmanətli ipoteka kreditini hansı şərtlərlə rəsmiləşdirmək olar?

  • Kredit məbləğinə və müddətinə limitlər varmı?

Kredit maksimal 300.000 AZN olmaqla 1 ildən 20 ilədək müddətə götürülə bilər.

  • Komisyon haqq tətbiq edilirmi?

Xeyr, kreditə komisyon haqqı tətbiq olunmur.

  • Kreditin aylıq ödənişinə dair tələblər necədir?

Kreditin aylıq ödənişi anuitet əsaslarla müəyyənləşərək, əmanətin aylıq yığım məbləğinin 120%-dən çox olmamalıdır.

  • Zaminlik və ya girov tələbləri varmı?

Zaminlik tələbi yoxdur. Alınacaq mənzil kreditin girov təminatı hesab olunacaq.

  • Alınacaq mənzilə dair hansı tələblər var?

Mənzil fərdi yaşayış sahəsi olmaqla Bakı, Abşeron, Sumqayıt şəhərləri ərazisində yerləşməlidir.

  • Tələb olunan sənədlər hansılardır?

Şəxsiyyət vəsiqəsi, Rəsmi əmək haqqını təsdiq edən sənəd.

Müraciət etmək