Filiallarla iş departamentinin Təhlil və dəstək şöbəsi - mütəxəssis
Geri qayıtmaq

Filiallarla iş departamentinin Təhlil və dəstək şöbəsi - mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

 Görəcəyiniz işlər:

  • Müştəri xidməti strukturları üzrə hədəf planların icrası prosesinin təhlili;            
  • Analitik hesabatların hazırlanması;                                                
  • Müştəri xidməti strukturlarının satış hədəflərinin dashboard hesabatları üzərindən qurulması.                                                                                                                              

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (riyazi və iqtisadi sahədə təhsil üstünlükdür);
  • Bank və maliyyə sektorunda hesabatlıq sahəsi üzrə minimum bir il iş təcrübəsinə sahib;
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən (ingilis dili üstünlükdür);
  • SQL, Excel, Powerpoint proqramları üzrə dərin biliklərə sahib;
  • VBA makros yazmaq bacarığına malik;
  • Analitik təhlil bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təhlil və dəstək şöbəsinin mütəxəssisi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az