Partnyorlarla iş departamenti - monitorinq üzrə mütəxəssis
Geri qayıtmaq

Partnyorlarla iş departamenti - monitorinq üzrə mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Partnyor şəbəkəsinin monitorinqi;
  • Partnyor şəbəkəsində reklam vasitələrinin yerləşdirilməsi;
  • POS terminal vasitələrinin təhvil/təslim edilməsi.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli;
  • Ünsiyyət bacarığı olan;
  • Təqdimat bacarığı olan;
  • Fərdi və komanda tərkibində işləməyi bacaran;
  • Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint  bilikləri olan namizəddir.
  • Rus dili biliyi üstünlükdür.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  cv@ibar.az  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Partnyorlarla iş departamenti – Monitorinq üzrə mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.