Media nümayəndələri üçün master-klass
Geri qayıtmaq

Media nümayəndələri üçün master-klass

Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü və təşkilatçılığı ilə “Boulevard Hotel Baku”da 60-dan çox jurnalist, bloqqer, marketinq və PR mütəxəssisi üçün master-klass keçirilib. Master-klassı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, MDBMİ-nin Beynəlxalq jurnalistika fakültəsinin dekan müavini Yuri Kobaladze aparıb.

“Peşəkar jurnalist olmağın sirləri – jurnalistika zirvəsində 40 il” mövzusuna həsr olunmuş master-klassda Y.Kobaladze iştirakçılarla media sahəsindəki zəngin təcrübəsini bölüşüb. Onları maraqlandıran suallara cavab verib.

IBA Mobile
YÜKLƏ