“Soyuq əllər, isti ürək”
Geri qayıtmaq

“Soyuq əllər, isti ürək”

Azərbaycan Beynəlxalq Bankı “Nargis Fund” və “Amapola Exclusive Events” şirkətinin təşkilatçılığı ilə dekabrın 1-dən yanvarın 15-dək keçiriləcək “Soyuq əllər, isti ürək” adlı Yeni il Xeyriyyə Yarmarkasında sponsor qismində iştirak etmişdir.

Fəvvarələr meydanında keçirilən yarmarkada müxtəlif Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər, şirniyyatlar satılırdı, konsert proqramları təşkil olunmuşdur, uşaqlar və böyüklər üçün çoxsaylı əyləncəli proqramlar nümayiş etdirilmişdir.

Ənənəyə uyğun olaraq, yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf olundu. Məqsəd sağlamlıq problemi olan körpələrə yardım göstərmək, onların müalicəsinə dəstək verməkidir.

Yarmarkanın əsas qonaqları olan uşaq evlərinin sakinləri burada məşhur qonaqlarla görüşmüşdülər, sevimli ifaçıların çıxışlarını izləmişdilər, həmçinin onlara yarmarkanın sponsorları tərəfindən hədiyyələr verildi.

IBA Mobile
YÜKLƏ