Bankdaxili komitələr
Geri qayıtmaq

Bankdaxili komitələr

Son yenilənmə: 28.01.2021

1. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Strategiya və Risklərin İdarə Edilməsi Komitəsi:

Xalid Əhədov

Müşahidə Şurasının üzvü, Komitənin sədri

Abbas İbrahimov

İdarə Heyəti sədri, Komitənin üzvü

İlham Həbibullayev

İdarə Heyəti sədrinin birinci müavini, Komitənin üzvü

Azad Məmmədov

Audit Komitəsinin sədri, Komitənin üzvü  (səsvermə hüququ olmadan)

Aqşin Əmirov

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Nəbi Əliyev

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Taleh Tahirli

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Məcid Məmmədov

Müşahidə Şurasının müşaviri, Komitənin üzvü

Nihat Şenyuva

Bankın Baş direktoru, Komitənin üzvü

Taleh Nəhmədov

Daxili nəzarət departamentinin direktoru, Komitənin üzvü

2. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Mükafatlandırma Komitəsi:

Emin Hüseynov

Müşahidə Şurasının üzvü, Komitənin sədri

Xalid Əhədov

Müşahidə Şurasının üzvü, Komitənin üzvü

Aqşin Əmirov

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Aynur Süleymanlı

Bankın Baş direktoru, Komitənin üzvü

Əzim Kazımov

Maliyyə menecmenti departamentinin direktor müavini, Komitənin üzvü

3. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Audit Komitəsi:

Azad Məmmədov Komitənin sədri
Zamiq Məmmədov Komitənin üzvü
Məcid Məmmədov Komitənin üzvü

 

4. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Böyük Kredit Komitəsi:

Abbas İbrahimov

İdarə Heyətinin sədri, Komitənin sədri

İlham Həbibullayev İdarə Heyəti sədrinin birinci müavini, Komitənin üzvü
Aqşin Əmirov İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Elmir Həbibullayev

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Nəbi Əliyev

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Nərgizxanım Biləndərli

Bankın Baş direktoru, Komitənin üzvü

Fariz Rəhimov Bankın Risklərin idarə edilməsi departamentinin direktoru, Komitənin üzvü

 

5. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Orta Kredit Komitəsi:

Nəbi Əliyev

İdarə Heyəti sədrinin müavini, Komitənin sədri

Fuad İslamov

Bankın Baş direktoru, Komitənin üzvü

Nərgizxanım Biləndərli

Bankın Baş direktoru, Komitənin üzvü

Fariz Rəhimov

Bankın Risklərin idarə edilməsi departamentinin direktoru, Komitənin üzvü

Ülvi Qasımov

Korporativ biznes departamentinin direktoru, Komitənin üzvü

 

6. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Kiçik Kredit Komitəsi:

Ülvi Qasımov

Bankın Korporativ biznes departamentinin direktoru, Komitənin sədri

Fariz Rəhimov

Bankın Risklərin idarə edilməsi departamentinin direktoru, Komitənin üzvü

Rüfət Abbasov

Bankın Pərakəndə bankçılıq departamentinin direktoru, Komitənin üzvü

 

7. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Aktiv və Passivləri İdarəetmə Komitəsi:

Nəbi Əliyev

İdarə Heyəti sədrinin müavini, Komitənin sədri

Elmir Həbibullayev

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Aqşin Əmirov

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Vasif Əhmədov

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Fuad İslamov

Bankın Baş direktoru, Komitənin üzvü

Nərgizxanım Biləndərli Bankın Baş direktoru, Komitənin üzvü

Kamran Hüseynov 

Mərkəzi xəzinədarlıq departamentinin direktoru, Komitənin üzvü

 

8. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnformasiya Texnologiyaları Komitəsi:

Nihat Şenyuva Bankın Baş direktoru, Komitənin sədri
Mayya Dursunova Komitənin üzvü
Samir Ağamalıyev Bankın İnformasiya texnologiyaları departamentinin direktoru, Komitənin üzvü
Murad Qurbanov İnformasiya təhlükəsizliyi departamentinin direktoru - İdarə Heyəti sədrinin informasiya təhlükəsizliyi və İT üzrə müşaviri, Komitənin üzvü
Fariz Rəhimov Bankın Risklərin idarə edilməsi departamentinin direktoru, Komitənin üzvü

 

Komitələrin əsas vəzifələri

Strategiya və risklərin idarə edilməsi Komitəsinin vəzifələri

  1. İdarə Heyəti tərəfindən hazırlanmış Bankın Strateji Baxışının və Missiya Bəyanatının layihələrini qiymətləndirmək;
  2. Bankın inkişaf strategiyasının prioritet istiqamətlərini hazırlayıb Müşahidə Şurasının təsdiqinə təqdim etmək;
  3. Bankın fəaliyyətinin nəticələrinin Strateji Plana uyğunluğuna nəzarət etmək və zəruri hallarda bununla bağlı İdarə Heyətinə tövsiyələr vermək;
  4. Bankın strateji hədəflərinə və məqsədlərinə nail olunmasına nəzarət etmək;
  5. Risklərin idarə edilməsi strategiyasına, siyasətinə və qaydalarına baxmaq və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim etmək;
  6. Müşahidə Şurasında müzakirəyə çıxarılacaq risk limitlərinə baxmaq və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim etmək;
  7. Götürülən risklərin bankın risklərin idarə edilməsi strategiyasına uyğunluğunun monitorinqini aparmaq;
  8. Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətləri seçmək və onların həyata keçirilməsi tezliyini müəyyən etmək;
  9. Qəbul edilmiş metod və modellərin tətbiqindən əldə edilmiş nəticələri təhlil edərək risklərin effektiv idarə edilməsi üçün risklərin qəbul edilməsi, minimallaşdırılması, ötürülməsi, habelə riskdənqaçma kimi tədbirlərin həyata keçirilməsi ilə bağlı Risklərin idarə edilməsi departamentinə müvafiq göstərişlər vermək.

Mükafatlandırma Komitəsinin vəzifələri

  1. Bankın mükafatlandırma siyasətini hazırlayaraq təsdiqlənməsi üçün Müşahidə Şurasına təqdim etmək, eləcə də onun mütəmadi təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
  2. Mükafatlandırma siyasətinin Bankda onun risklərin idarə olunması siyasətinə uyğun və uzunmüddətli fəaliyyət nəticələrinə əsaslanması, strateji hədəflərə nail olunmasına yönəldilməsi, Bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə xidmət etməməsi, eləcə də Bank əməkdaşları və idarəetmə orqanları üzvlərinin əməyinin ödənilməsinin mükafatlardan asılı olmaması prinsiplərinə uyğunluğunu təmin etmək;
  3. Mükafatlandırma prosesinə ümumi nəzarəti həyata keçirmək;
  4. Ən azı ildə bir dəfə Strategiya və risklərin idarə edilməsi komitəsi ilə birgə mükafatlandırma sisteminin səmərəliliyini qiymətləndirmək;
  5. Mükafatlandırmanın ümumi həcmi üzrə təklifləri Müşahidə Şurasına təqdim etmək;
  6. Qanunvericiliklə müəyyən olunmuş qaydada Bankın Müşahidə Şurasına hesabat təqdim etmək.

Audit  Komitəsinin vəzifələri

  1. Daxili audit yoxlama və monitorinqləri həyata keçirəcək auditorlara (yoxlama qrupuna) yoxlama vəsiqələrinin verilməsini təmin etmək;
  2. Daxili audit departamentinin direktoru və əməkdaşlarının işə qəbul olunması, vəzifədə irəliləyişi, işdən kənarlaşdırılması və ya azad olunması, habelə mükafatlandırılması və intizam tənbehinə cəlb edilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
  3. Daxili audit yoxlamalarının nəticələri və yoxlamaların nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılmasına, eyni zamanda daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təklif və tövsiyələr vermək;
  4. Kənar auditordan audit zamanı aşkar olunan mühüm nöqsanlar, faktlar və hadisələr haqqında məlumat(lar)ın Audit Komitəsinə dərhal verilməsini tələb etmək;
  5. Kənar auditorla birgə işin təşkili ilə əlaqədar Bankın fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, bank sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin etmək.

Kredit Komitəsinin vəzifələri

  1. Bankın kredit siyasətinə aidiyyəti üzrə baxmaq və onu Müşahidə Şurasının təsdiqinə təqdim etmək;
  2. Kreditlərin verilməsi və kredit öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını təsdiq etmək;
  3. Portfel səviyyəsində kreditlərin vaxtlı-vaxtında ödənilməsinə nəzarət etmək;
  4. Kredit şərtlərinin Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına zidd olmamasını təmin etmək;
  5. Portfel üzrə cəmləşmə riskinin qarşısını almaq məqsədilə kredit portfelinin diversifikasiyasına riayət olunmasına nəzarət etmək;
  6. Vaxtaşırı kredit portfelinin monitorinqi üzrə aidiyyəti üzrə hesabat almaq;
  7. Kreditlərin verilməsi üzrə səlahiyyətlərə və prosedurlara riayət edilməsini təmin etmək;
  8. Kreditlərin qaytarılması üçün görülən bütün tədbirlərin icrasına nəzarət etmək.

Aktiv və Passivləri İdarəetmə Komitəsinin vəzifələri

  1. Strategiya və risklərin idarə edilməsi Komitəsinin tövsiyələri əsasında Müşahidə Şurası tərəfindən təsdiq edilmiş limit həddində bazar və valyutalar üzrə limitlər barədə qərarlar qəbul etmək;
  2. Komitənin səlahiyyətlərinə aid olan və ya ona həvalə olunmuş risklərin idarə edilməsi üçün müvafiq istiqamət və hədəflərlə bağlı qanunvericiliyə riayət edilməsini təmin etmək;
  3. Bankın nağd və nağdsız likvidlik vəziyyətini müntəzəm monitorinq etmək, bu istiqamətdə müvafiq limitləri təsdiqləmək;
  4. Faiz dərəcələrinə həssas aktiv və passivlərlə bağlı risklərin idarə olunması məqsədilə qərar qəbul etmək;
  5. Qanunvericiliklə müəyyən edilmiş məlumatları Müşahidə Şurasının müzakirəsinə təqdim etmək. 

İnformasiya Texnologiyaları Komitəsinin vəzifələri

  1. Bankın Strategiyası əsasında  İT və İT təhlükəsizliyi sahəsinə aid olan strateji təşəbbüsləri tərtib etmək və Müşahidə Şurasının müzakirəsinə təqdim etmək, lazımi hallarda həmin təşəbbüslərin yenidən baxılmasına dair Müşahidə Şurasına təkliflər vermək;
  2. Bankın büdcəsi təsdiq edildikdən sonra, İT sahəsi üzrə büdcənin icrasına nəzarət etmək;
  3. Bankın bütün avtomatlaşdırılmış sistemlərinin mükəmməl və fasiləsiz işini təmin etmək və monitorinqini aparmaq;
  4. İnformasiya texnologiyaları üzrə bütün müvafiq qaydaların, cari və fövqəladə hallar üzrə proseduraların və əməliyyat planlarının hazırlanmasını təmin etmək;
  5. Mühasibat uçotu və menecment informasiya sisteminin məlumatları üzrə adekvat ehtiyat nüsxələrinin (ehtiyat nümunələrinin) yaradılması üçün “Gözlənilməz hallar üzrə tədbirlər planının” hazırlanmasını təmin etmək;
  6. Bank işçiləri arasında yüksək səviyyəli texnoloji səriştənin və standartların mövcud olmasını təmin etmək məqsədilə müvafiq təlimlərin keçirilməsinə nəzarət etmək;
  7. İT layihələri və proseduraları ilə bağlı təhlükəsizlik və inzibati texnoloji məsələlərə nəzarət etmək.

 

IBA Mobile
YÜKLƏ