Səhmlərin emissiyası
Geri qayıtmaq

Səhmlərin emissiyası

Son yenilənmə: 28.01.2021

Səhmlərin növü: adi sənədli adlı

Qeydiyyat nömrəsi: AZ1004004581

Nominal dəyəri: 27 (iyirmi yeddi) qəpik (AZN)

Azərbaycan Beynəlxalq Bankı səhmdarlarının hüquqları:

  • Emitentin idarə edilməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə və Emitentin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına  seçmək və seçilmək.
  • Qanunvericiliklə müəyyən edilmiş qaydada, Emitentin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq.
  • Emitentin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək.
  • Emitentin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək.
  • Emitentin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək.
  • Emitentin fəaliyyətinin təftiş komissiyası (müfəttiş) tərəfindən yoxlanılmasını tələb etmək.
  • Emitentin xalis mənfəətindən dividend almaq.
  • Emitentin fəaliyyətinə xitam verildikdə, onun kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra Emitentin yerdə qalan əmlakının müəyyən hissəsini almaq.
  • Azərbaycan Respublikasının qanunvericiliyində və Emitentin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlar.
IBA Mobile
YÜKLƏ