Nəbi Etibar oğlu Əliyev 1984-cü ildə anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur. 2007-2016-cı illərdə Azərbaycan Mərkəzi Bankında, 2016-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. 2018-ci ilin aprelindən Bankın İdarə Heyəti sədrinin müavini, Baş maliyyə inzibatçısıdır.