Vasif Eldar oğlu Əhmədov 1961-ci ildə anadan olub. SSRİ DTK-nın ali məktəbini, Rusiya Federasiyası XİN-in Diplomatiya Akademiyasını, Rusiya Federasiyası Dövlət Sığorta Akademiyasını bitirib.
1988-ci ildən başlayaraq Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi, 1996-2001-ci illərdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyində 1-ci katib, 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurasındakı daimi nümayəndəliyində 1-ci katib, 2008-2016-cı illərdə “Atəşgah Sığorta Şirkəti” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb.
2016-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş direktoru olub. 2018-ci ildən Bankın İdarə Heyəti sədrinin müavinidir.