Daxili ipoteka krediti kalkulyatoru

15 % 100 %
0 ₼ 1000000 ₼
1 il 20 il
0 Minimal ilkin ödəniş
0 Aylıq kredit ödənişi
0 Kredit məbləği
0 % İllik faiz dərəcəsi
* İlkin hesablama

Müştəriyə tələblər

  • Müştəri ABB-nin imtiyazlı / xüsusi imtiyazlı müştərisi olmalıdır.
  • Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
  • Yaş həddi: minimum 20 yaş, kredit öhdəliyinin sonuncu ödəniş tarixinə maksimum 65 yaş.
  • AKB çıxarışı üzrə aktiv və bağlı kreditlərdə son 12 ayda 60 gündən yuxarı gecikməsi olmamalıdır.
  • İş stajı: sonuncu iş yeri üzrə minimum 6 ay.

Şərtlər

* Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) çıxarışı olan mənzil və ya fərdi yaşayış evinin alınması zamanı

** Yeni tikili binada mənzilin alınması zamanı (DƏDRX-dən çıxarışı olmayan)

Maksimal məbləğ

300000 ₼

Müddət

20 ilədək

İllik faiz dərəcəsi

10 %

Minimal ilkin ödəniş

15 %

Təminat

Alınan əmlakın girovu ilə* və ya

Digər daşınmaz əmlakın girovu ilə **

Ödəniş növü

Aylıq annuitet

Komisyon haqqı

1 %

BGN (borcun gəlirə nisbəti) əmsalı

70 %

* Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) çıxarışı olan mənzil və ya fərdi yaşayış evinin alınması zamanı

** Yeni tikili binada mənzilin alınması zamanı (DƏDRX-dən çıxarışı olmayan)

Tez-tez verilən suallar

Daxili ipoteka krediti haqqında

  • Məhsulun hansı üstünlükləri var?

300.000 AZN və ehtiyac olduqda daha yuxarı məbləğdə, minimal 15% ilkin ödənişlə, 20 ilədək müddətə kredit şərtləri ilə mənzil sahibi olacaqsınız.

Daxili ipoteka kreditini hansı şərtlərlə rəsmiləşdirmək olar?

  • Kredit məbləğinə və müddətinə limitlər varmı?

Kredit maksimal 300 000 AZN olmaqla 20 ilədək müddətə götürülə bilər.

  • Komissiya haqqı tələb edilirmi?

Komissiya haqqı 1% təşkil edir.

  • Kreditin aylıq ödənişinə dair tələblər necədir?

Kreditin aylıq ödənişi annuitet əsaslarla həyata keçirilir.

  • Zaminlik tələbi varmı?

Zaminlik tələbi yoxdur.

  • Girov tələbi varmı?

Alınacaq əmlak kreditin girov təminatı hesab olunacaq. Əldə edilən əmlak çıxarışsız olduqda, kredit çıxarışa malik digər daşınmaz əmlakı girov qoymaqla verilir.

  • Alınacaq əmlaka dair hansı tələblər var?

Alınan və (və ya) ipoteka predmeti qismində çıxış edən əmlak yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşməlidir.

  • Tələb olunan sənədlər hansılardır?

Şəxsiyyət vəsiqəsi, bank hesabından son 12 aylıq (minimum 6 aylıq) çıxarış və ya Elektron Hökumət Portalından arayış.

  • İş stajına dair tələb varmı?

Sonuncu iş yeri üzrə staj minimum 6 ay olmalıdır.