Valyuta məzənnələri

Valyuta kalkulyatoru

17.03.2017 tarixinə
M
$
1 AZN =0.5747 USD -0.01 (-0.5747%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
17.03.2017 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız Nağd Nağdsız
USD 1.7202 1.6700 1.6700 1.7400 1.7400
EUR 1.8529 1.7973 1.7973 1.8900 1.8900
GBP 2.1255 2.0617 2.0617 2.1680 2.1680
RUR 0.0298 0.0286 0.0286 0.0304 0.0304
CHF 1.7260 1.6742 1.6742 1.7605 1.7605
JPY 0.0152 0.0147 0.0147 0.0155 0.0155
CAD 1.2915 1.2528 1.2528 1.3173 1.3173
AUD 1.3226 1.2829 1.2829 1.3491 1.3491
TRY 0.4748 - 0.4606 - 0.4843
AED 0.4684 0.4543 0.4543 0.4778 0.4778
SEK 0.1952 0.1893 0.1893 0.1991 0.1991
NOK 0.2023 0.1962 0.1962 0.2063 0.2063
DKK 0.2492 0.2417 0.2417 0.2542 0.2542
KZT 0.0055 - 0.0053 - 0.0056
GEL 0.6915 - - - -
XAU 2114.7279 - 2051.2861 - 2157.0225
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Şərtlər

Şərtlər

Adi ipoteka kreditləri

Güzəştli ipoteka kreditləri

Maksimal məbləğ

100 000 AZN

100 000 AZN

Maksimal illik faiz dərəcəsi

8%

4%

Maksimal müddət

25 il

30 il

İlkin ödəniş

30%

30%

Kredit hansı şərtlərlə cavab verməlidir?

  1. Kredit Azərbaycan manatı ilə verilməlidir;
  2. Kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;
  3. Kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməlidir;
  4. Kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına verilməlidir;
  5. İpoteka kreditinin məbləği kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az olmamalıdır (ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);
  6. Güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizi həcmində verilməlidir (güzəştli ipoteka kreditinin məbləğinin 85 faizdən az olması barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla);
  7. İpoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın (borcalanların) aylıq məcmu gəlirinin 70%-dən çox olmamalıdır;
  8. Borcalanın (borcalanların) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlər hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz.
  9. Kreditin son ödəniş tarixinə borcalanın (borcalanların) yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən çox olmamalıdır;
  10. Kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;
  11. İpoteka ilə yüklü edilən yaşayış sahəsi "Azərbaycan İpoteka Fondu" ASC tərəfindən təsdiq olunmuş siyahıya daxil olan və onunla əməkdaşlığa dair müqavilə bağlamış müstəqil qiymətləndirici tərəfindən qiymətləndirilməlidir;
  12. İpoteka saxlayanın hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmalıdır;
  13. Kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet ödənişlər) ödənilməlidir;
  14. İpoteka ilə yüklü edilmiş daşınmaz əmlakın bazar qiyməti əsas götürülərək ipoteka ilə təmin edilən kreditin həcmindən az olmamaq şərtilə sığortalanmalıdır;
  15. Həyat sığorta müqaviləsi. Borcalanların həyat sığortası onların ipoteka kreditinin məbləği hesablanarkən gəlirlərinin xüsusi çəkisinə proporsional qaydada aparılmalı və borcalanların həyat sığortasının ümumi məbləği ipoteka krediti məbləğindən az olmamalıdır.

Güzəştli kredit kimlərə verilə bilər?

1. Gənc ailənin üzvü olan aşağıdakı şəxslər: 

  • Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları); 
  • Milli Qəhrəman (özü, əri/arvadı, övladları); 
  • Məcburi köçkün və ya ona bərabər tutulan şəxs; 
  • Üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs; 
  • Elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs; 
  • İdman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər);

2. Üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara ipoteka krediti üzrə güzəştlər şamil olunmur.

Qeyd: İpoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.

Tələb olunan sənədlər

İpoteka kreditinin alinmasi üçün tələb olunan sənədlər

1. Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti.

2. Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti).

3. Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surəti)

4. Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surəti)

5. Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.

6. Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.).

7. İpoteka predmetinin qiymətləndirmə aktı.

İpotekanin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

1. İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).

2. İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd.

3. İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış.

4. İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.

İpotekanin rəsmiləşdirilməsindən sonra təqdim olunmali sənədlər

1. İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.

2. Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.

3. Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti.

4. Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.

Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmali sənədlər

1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).

2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmali sənədlər

1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.

Qeyd: Təqdim olunmuş sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir.

Kreditin verilməsi mərhələləri

İpoteka kreditini əldə etmənin ardıcıl mərhələləri:  

İpoteka kreditini almaq istəyən şəxs təsdiq edilmiş şərtlərə müvafiq olaraq öz imkanlarını qiymətləndirməlidir.

İpoteka kreditlərinin şərtlərinə cavab verən şəxslər banka  müraciət edərək ilkin qiymətləndirmədən keçməlidirlər.

Kreditin anderraytinqi, bu mərhələdə müraciət edən şəxsin təqdim etdiyi sənədlər əsasında ipoteka kreditini qaytarmaq qabliyətini həmçinin ipoteka qoyulan əmlakın dəyərini və vəziyyətini qiymətləndirməsi həyata keçirilir. Nəticədə kredit təşkilatı kredit almaq istəyən şəxsə kreditin verilməsinə və ya verilməməsinə son qərar verir.   

İpoteka kreditinin rəsmiləşdirilməsi, bu mərhələdə zəruri sənədlər toplanılır, kredit, ipoteka və sığorta müqavilələri imzalanılır və qanunvericiliyə uyğun qaydada təsdiq edilir və yaranan hüquqlar Dövlət qeydiyatına alınır.

Kreditin verilməsi.

Kredit üzrə öhdəliklərin icrası - müəyyən edilmiş ödəmə cədvəlinə uyğun olaraq kredit alan şəxs kredit üzrə ödənişlərini aparmalıdır.