Valyuta məzənnələri

Valyuta kalkulyatoru

15.01.2019 tarixinə
M
$
1 AZN =0.5872 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
15.01.2019 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız Nağd Nağdsız
USD 1.7000 1.6970 1.6780 1.7030 1.7020
EUR 1.9515 1.9027 1.9027 1.9593 1.9652
GBP 2.1928 2.1380 2.1380 2.2191 2.2147
RUR 0.0254 0.0245 0.0237 0.0256 0.0256
CHF 1.7328 1.6115 1.6462 1.8541 1.8194
JPY 0.0157 0.0146 0.0149 0.0168 0.0165
CAD 1.2811 1.1914 1.2170 1.3708 1.3452
AUD 1.2259 1.1401 1.1646 1.3117 1.2872
TRY 0.3115 - - - -
AED 0.4628 0.4165 0.4397 0.4952 0.4859
SEK 0.1902 0.1769 0.1807 0.2035 0.1997
NOK 0.1991 0.1852 - 0.2130 -
DKK 0.2614 0.2431 - 0.2797 -
KZT 0.0045 - 0.0043 - 0.0059
GEL 0.6378 - - - -
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Kampaniyalar

Kartınızı qoruyun

  • Kartın arxasında imza üçün nәzәrdә tutulan zolağda qol çәkin.
  • Kartınızın 4 rəqəmli PIN-kodunuzu әzbәrlәyin. Kartınızı vә PIN-kodunuzu bir yerdә saxlamayın. PIN-kodunuzu kartın üzәrinә yazmayın. PİN-kodunuzu daxil edәrkәn mümkün qәdәr ehtiyatlı olun, kәnar şәxslәrin PIN-kodunuzu görmәmәsinә diqqәt yetirin. Bankomatlardan vәsaitlәrinizi nağdlaşdırmaq üçün kәnar şәxslәrә müraciәt etmәyin!
  • PIN-Dəyiş xidməti vasitəsilə PIN kodunuzu dəyişmək istəyirsinizsə, çalışın ki, təyin etdiyiniz yeni kod asanlıqla aşkar oluna biləcək rəqəmlərdən ibarət olmasın (məsələn, doğum gününüz, kartın son 4 rəqəmi və s.)
  • Kartınızı elə yerdə saxlayın ki, kənar şəxslərin görüntü dairəsində olmasın. Kartın üzərindəki məlumatları (kartın nömrəsi, istifadə müddəti, CVV) kənar şəxslərə email, mesaj və ya telefon vasitəsilə bildirməyin. Həmin məlumatlar hesabınızdan vəsaitilərin oğurlanması üçün istifadə oluna bilər.
  • Online alış-veriş etməmişdən öncə kartınızı 3D Secure protokoluna qoşun - bu Sizin vəsaitinizin maksimum təhlükəsizliyi üçün vacibdir

Hesabınız üzrə keçən əməliyyatları izləyin

  • Nağdsız ödəniş zamanı diqqət yetirin ki, kassir tәrәfindәn POS-terminalda əməliyyatı Sizin gözünüz qabağında aparsın. Kartınızı başqa bir yerə aparılmasına icazə verməyin. Alış-veriş zamanı imzaladığınız qəbzdəki məbləğə diqqət yetirin. POS-terminal cihazının çap etdiyi qәbzin bir nüsxәsini özünüzdə saxlayın.
  • Kartınız üzrə şübhəli əməliyyatlar barədə vaxtında xəbərdar olmaq və kartınızı lazım olduğu halda vaxtında bloklaşdırıb itkilərinizi minimallaşdırmaq üçün SMS-Xəbərdarlıq xidmətinə qoşulun
  • Kartınız üzrə şübhəli əməliyyatların keçməsini aşkar etdiyiniz halda filial/şöbəmizə və ya Məlumat Mərkəzinə (937 və ya *2265) və ya Azərikard Müştəri Xidmətinə (194 və ya *2273) müraciət edin və ya MobilBank vasitəsilə kartınızı bloklaşdırın.
  • Kartınız oğurlandıqda və ya itirildikdә dərhal dərhal filial/şöbəmizə və ya Məlumat Mərkəzinə (937 və ya *2265) və ya Azərikard Müştəri Xidmətinə (194 və ya *2273) müraciət edin.

Şübhəli əməliyyatlardan uzaq olun

Kardinq

Kardinq (ingiliscə “carding”) – oğurlanmış kart məlumatlarından istifadə etməklə  malın və ya xidmətlərin ödənilməsi. Adətən ödəniş kartlarının rekvizitlərini İnternet mağazalarının serverlərdən, ödəniş və hesablama sistemlərindən və ya şəxsi kompyuterlərdən oğurlayırlar.

Fişinq

Fişinq (ingiliscə “phishing” – parol və “fishing” – balıq tutma) əməliyyatın məqsədi istifadəçinin indentifikasiya məlumatlarını əldə etməkdir. Fişinq ilə məşğul olan şəxslər məşhur brendlər adından kütləvi şəkildə elektron məktublarının göndərib həqiqi web səhifələri əvəzinə saxta səhifələrin linklərini əlavə edirlər. Bu cür səhifələrdə istifadəçi fırıldaqçılara şəxsi məlumatarını (hesab ilə idarə etmək üçün istifadəçinin adı və parolu, hətta plastik kartının nömrəsini) ötürə bilər.

Skiminq

Skiminq (ingiliscə “skimming”) əməliyyatı zamanı bankomata quraşdırılan “skimmer” adlı xüsusi cihazdan istifadə olunur. Skimer plastik kartının üstündə olan maqnit zolağındakı məlumatını oxuyur və sonradan dələduzlar həmin məlumatlar əsasında saxta kartları buraxıb Sizin vəsaitinizdən istifadə edə bilərlər.

“Təhlükəsiz kart” proqramı

“Sıfır məsuliyyət” (Zero Liability)siyasəti - “Təhlükəsiz Kart” proqramı ilə bütün kart əməliyyatlarının təhlükəsizliyinə Azərbaycan Beynəlxalq Bankı təminat verir.

“Təhlükəsiz Kart” proqramı nə deməkdir?

Bu proqram ilə Siz təsdiqləmədiyiniz ödənişlərə görə heç bir məsuliyyət daşımırsınız. Belə ki, “Sıfır məsuliyyət” (Zero liability) siyasəti - kartlarınız vasitəsilə dünyanın istənilən yerində rahat alış-veriş etmək imkanı yaradır. Bu proqram Sizi hər hansı fırıldaqçılıq hallarından qoruyur, hesabınızdakı vəsaitlərin təhlükəsizliyini təmin edir.

Proqramda iştirak şərtləri:

  • SMS-xəbərdarlıq xidmətinə qoşulma
  • Verified by Visa xidmətinə qoşulma
  • MobilBank xidmətinə qoşulma
  • Avtorizasiya olunmamış əməliyyat haqda 20 dəqiqə ərzində banka məlumat verilməsi
  • Hesabdan çıxarışın həftədə minimum bir dəfə yoxlanılması

«Təhlükəsiz kart» proqramına daxil olmayan kartlar hansılardır:

  • Kart əməliyyatlarının təhlükəsizliyi baxımından tətbiq edilən qadağa və məhdudiyyətlərin (cari əməliyyat limitlərinin deaktivasiya olunması və s.) dəyişdirilməsi nəticəsində keçirilməsi mümkün olmuş əməliyyatlar.
  • Üzərində müştərinin adı və soyadı həkk olunmamış digər ödəniş kartları.

Proqram necə işləyir?

Kartla aparılmış əməliyyatlara dair etiraz etdikdə, əməliyyat üzrə məlumatlar bank tərəfindən təhlil edilir. Əməliyyat “friendly fraud” tipli olduğu təsdiqləndiyi və ya səhlənkarlıq səbəbindən baş verdiyi təsdiqlənərsə, bu əməliyyata proqramın qaydaları şamil edilmir.

"Səhlənkarlıq" ifadəsi altında aşağıdakıar nəzərdə tutulur:

  • Kartın itirilməsi PİN kodla birlikdə/ VİSA VERİFİED kodu ilə/ VİSA VERİFİED kodunun göndərildiyi telefon nömrəsi ilə;
  • PİN kod/ VİSA VERİFİED kodu üçüncü şəxsə verildiyi halda;
  • Kartdakı məlumat üçüncü şəxsə ötürüldükdə;
  • Müştərinin icazəsi olmadan aparılmış əməliyyat barədə məlumat vaxtında banka verilmədikdə (əməliyyatın baş verdiyi andan 20 dəqiqədən çox vaxtın ötməsi);

Əməliyyatlar üzrə vəsaitin qaytarılması

  • Etiraz olunan əməliyyatlar üzrə vəsaitin qaytarılması kredit xətti ilə olan kartlarda cəmi 3 iş günü ərzində, digər kartlarla isə 7 iş günü ərzində qaytarılır.
  • Hər hansı əlavə uyğunsuzluq aşkar edildikdə, bank, ödənilmiş vəsaitin müştərinin hesabından silinməsi hüququna malikdir.