Geri qayıtmaq

Sahibkarlar Klubu

Sahibkarlar Klubu nədir?

“Sahibkarlar klubu” dövrün yeni çağırışlarına cavab verən müasir dövlət bankı – “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən yaradılan, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara və hüquqi şəxslərə müxtəlif imtiyazlı bank və qeyri bank xidmətləri təqdim edən klubdur.

Məqsədi:

  • Kiçik və orta sahibkarlığın inkişafı istiqamətində müsbət təcrübələrin öyrənilməsi və tətbiqi;
  • Sahibkarlar arasında işgüzar əlaqələrin qurulması;
  • Kiçik və orta sahibkarların ölkə iqtisadiyyatındakı mövqeyinin gücləndirilməsinə kömək;
  • İxrac yönümlü sahibkarların sayının artırılması;
  • Yeni iş yerlərinin açılmasında iştirak;

Ətraflı: www.sahibkarlarklubu.az