Valyuta məzənnələri

Valyuta kalkulyatoru

30.07.2020 tarixinə
M
$
1 AZN =0.5875 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
30.07.2020 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız İnternet Bankinq Nağd Nağdsız İnternet Bankinq
USD 1.7000 1.6970 1.6780 1.6785 1.7020 1.7020 1.7018
EUR 2.0003 1.9503 1.9503 1.9509 2.0163 2.0143 2.0141
GBP 2.2056 2.1505 2.1505 2.1512 2.2321 2.2277 2.2275
RUB 0.0234 0.0199 0.0211 0.0211 0.0243 0.0243 0.0243
CHF 1.8619 1.7316 1.7688 1.7694 1.9922 1.9550 1.9548
JPY 0.0162 0.0151 0.0154 0.0154 0.0173 0.0170 0.0170
CAD 1.2735 1.1844 1.2098 1.2102 1.3626 1.3372 1.3371
AUD 1.2186 1.1333 1.1577 1.1581 1.3039 1.2795 1.2794
TRY 0.2438 0.2190 0.2280 0.2281 0.2600 0.2560 0.2560
AED 0.4628 0.4165 0.4397 0.4398 0.4952 0.4859 0.4859
SEK 0.1945 0.1809 0.1848 0.1849 0.2081 0.2042 0.2042
NOK 0.1878 0.1747 0.1784 0.1785 0.2009 0.1972 0.1972
DKK 0.2688 0.2500 - - 0.2876 - -
KZT 0.0041 - 0.0039 0.0039 - 0.0053 0.0053
GEL 0.5509 - - - - - -
CNY 0.2429 - 0.2271 0.2272 - 0.2550 0.2550
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Kampaniyalar

8%-dən və 10 milyon manatadək “İxraca dəstək” krediti!

İş adamlarının etibarlı tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı qeyri-neft sektorunda fəaliyyət göstərən iri korporativ müştərilərin, eləcə də kiçik və orta sahibkarların ixrac yönümlü fəaliyyətinə dəstək üçün ardıcıl addımlar atır. Bu istiqamətdə növbəti addım kimi Bank istehsal və ixracla məşğul olan sahibkarlar üçün yeni “İxraca dəstək” kredit məhsulunu və “İxraca dəstək” tarif paketi aksiyasını təqdim edir. Bank yeni kredit məhsulu üzrə krediti öz daxili vəsaitləri hesabına ayırır. Bu isə o deməkdir ki, sənədləşmə prosesi sadə və kreditin verilməsi qərarı daha sürətlidir.

Kreditin məbləği 100 min manatdan 10 milyon manata qədərdir. Müddəti isə 60 ayadəkdir. Bank əsas vəsaitlərə investisiya təyinatlı “İxraca dəstək” krediti almış sahibkarlara 24 aya kimi güzəşt müddətindən faydalanmaq imkanı yaradır. Belə ki, sahibkarlar bu müddətdə yalnız faiz borclarını ödəyirlər. Bank sahibkarlara ödənişin forma və qrafikini seçməkdə də sərbəstlik verir.

Azərbaycan Beynəlxalq Bankının bu məhsulundan istehsalla məşğul olaraq öz məhsulunu xaricə ixrac edən hər bir sahibkar faydalana bilər. Bu imkan Bankın yeni müştərilərinə də şamil olunur.

Kreditin rəsmiləşdirilməsinə görə xidmət haqqı nəzərdə tutulmur. Kreditin faiz dərəcəsi müştərinin ixrac təşviq sənədinin mövcudluğundan, fəaliyyət sahəsindən, bankla əməkdaşlıq tarixçəsindən və bank hesablarındakı dövriyyəsindən asılı olaraq dəyişir və 8%-dən başlayır.

“İxraca dəstək” kreditindən faydalanan müştərilər 1 iyun 2020-ci il tarixinədək xüsusi hazırlanmış “İxraca dəstək” tarif paketi aksiyasından da faydalana bilər. Tarif paketi çərçivəsində kredit məbləği dəyərində köçürmələr üzrə heç bir komissiya haqqı tutulmur.  Sənədli əməliyyatlar üzrə komissiya haqqında 50% endirim edilir və müştəri Bankın güzəştli valyuta məzənnəsindən istifadə edir. “İxraca dəstək” kreditini bankın bütün filiallarından əldə etmək mümkündür.

Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, qeyri-neft sektorunun inkişafına, ölkəmizin ixrac potensialının genişləndirilməsinə dəstək bankın fəaliyyətində xüsusi yer tutur: “Ümid edirik ki, bu addımımız sahibkarlar üçün yeni imkanlar açacaq. Məhsullarını dünya bazarına çıxaran sahibkarlarımıza böyük kömək göstərəcək. Azərbaycan Beynəlxalq Bankının sərfəli şərtlərlə təqdim etdiyi “İxraca dəstək” krediti və tarif paketi Azərbaycan sahibkarının rəqabət qabiliyyətli məhsul istehsalına və ixracına təkan verəcək”.    

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Növbəti səhifə

İndi bəxşişi də nağdsız ödəmək olar