Valyuta məzənnələri

Valyuta kalkulyatoru

03.04.2020 tarixinə
M
$
1 AZN =0.5875 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
03.04.2020 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız İnternet Bankinq Nağd Nağdsız İnternet Bankinq
USD 1.7000 1.6970 1.6780 1.6785 1.7020 1.7020 1.7015
EUR 1.8427 1.7966 1.7966 1.7972 1.8574 1.8556 1.8550
GBP 2.1034 2.0508 2.0508 2.0514 2.1286 2.1244 2.1238
RUB 0.0220 0.0187 0.0198 0.0198 0.0229 0.0229 0.0229
CHF 1.7456 1.6234 1.6583 1.6588 1.8678 1.8329 1.8324
JPY 0.0158 0.0147 0.0150 0.0150 0.0169 0.0166 0.0166
CAD 1.1996 1.1156 1.1396 1.1400 1.2836 1.2596 1.2592
AUD 1.0314 0.9592 0.9798 0.9801 1.1036 1.0830 1.0827
TRY 0.2563 0.2300 0.2396 0.2397 0.2740 0.2691 0.2690
AED 0.4628 0.4165 0.4397 0.4398 0.4952 0.4859 0.4858
SEK 0.1682 0.1564 0.1598 0.1599 0.1800 0.1766 0.1765
NOK 0.1627 0.1513 - - 0.1741 - -
DKK 0.2468 0.2295 - - 0.2641 - -
KZT 0.0038 - 0.0036 0.0036 - 0.0049 0.0049
GEL 0.5431 - - - - - -
CNY 0.2398 - 0.2242 0.2243 - 0.2518 0.2517
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Kampaniyalar

Azərbaycan Beynəlxalq Bankı koronavirusla mübarizəyə 2 milyon manat vəsait ayırdı

Ölkə əhalisinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlərin tərkib hissəsi kimi Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsaitlərin köçürülməsi davam etdirilir. Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında Fond üçün bank hesabı açılıb. Əhalinin müxtəlif təbəqələri, o cümlədən sahibkarlıq subyektləri tərəfindən bu hesab üzərindən Fonda köçürmələrin təmin olunması üçün filial bayram günlərində də fasiləsiz çalışır.

Azərbaycanın böyük kommersiya qurumlarından biri kimi Azərbaycan Beynəlxalq Bankı özü də korporativ sosial məsuliyyətindən irəli gələrək dövlətin koronavirusla mübarizəyə dəstək çağırışına qoşulub. Bank Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon məbləğində vəsait ayırıb.

Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının kifayət qədər geniş coğrafiyada yayılmasını nəzərə alaraq Ümumdünya Səhiyyə Təşkilatı bu infeksiyanı qlobal pandemiya elan edib. Ölkəmizdə koronavirusa yoluxma hallarının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Azərbaycan dövləti ardıcıl və çoxşaxəli tədbirlər həyata keçirməkdədir. Azərbaycan Beynəlxalq Bankı və digər ayrı-ayrı kommersiya qurumlarının, sahibkarlıq subyektlərinin, fərdi şəxslərin də bu çağırışa qoşularaq görülən tədbirlərə fəal dəstək verməsi, onların sosial məsuliyyətini, cəmiyyətimizdəki milli həmrəyliyi, dövlət – vətəndaş birliyini nümayiş etdirir.

Fonda Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında açılmış hesab üzrə bu rekvizitlərlə vəsait köçürmək olar: https://cabmin.gov.az/az/article/752/

Növbəti səhifə

“Global Finance” ölkənin ən yaxşı bankını müəyyən etdi!