Valyuta məzənnələri

Valyuta kalkulyatoru

30.07.2020 tarixinə
M
$
1 AZN =0.5875 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
30.07.2020 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız İnternet Bankinq Nağd Nağdsız İnternet Bankinq
USD 1.7000 1.6970 1.6780 1.6785 1.7020 1.7020 1.7018
EUR 2.0003 1.9503 1.9503 1.9509 2.0163 2.0143 2.0141
GBP 2.2056 2.1505 2.1505 2.1512 2.2321 2.2277 2.2275
RUB 0.0234 0.0199 0.0211 0.0211 0.0243 0.0243 0.0243
CHF 1.8619 1.7316 1.7688 1.7694 1.9922 1.9550 1.9548
JPY 0.0162 0.0151 0.0154 0.0154 0.0173 0.0170 0.0170
CAD 1.2735 1.1844 1.2098 1.2102 1.3626 1.3372 1.3371
AUD 1.2186 1.1333 1.1577 1.1581 1.3039 1.2795 1.2794
TRY 0.2438 0.2190 0.2280 0.2281 0.2600 0.2560 0.2560
AED 0.4628 0.4165 0.4397 0.4398 0.4952 0.4859 0.4859
SEK 0.1945 0.1809 0.1848 0.1849 0.2081 0.2042 0.2042
NOK 0.1878 0.1747 0.1784 0.1785 0.2009 0.1972 0.1972
DKK 0.2688 0.2500 - - 0.2876 - -
KZT 0.0041 - 0.0039 0.0039 - 0.0053 0.0053
GEL 0.5509 - - - - - -
CNY 0.2429 - 0.2271 0.2272 - 0.2550 0.2550
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Kampaniyalar

Biznes və marketinq rəhbərləri üçün qlobal şirkətlərdən pulsuz təlim. Qeydiyyat üçün son gün

Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı, qlobal Unite Edelman şirkətinin təşkilati dəstəyi ilə sabah saat 14.00-da Bakı Marketinq Forumu başlanır. Bu gün qeydiyyat üçün sonuncu gündür. Onlayn formatda keçirilən forumun mövzusu “Dəyişən müştəri davranışlarına uyğun brend hekayəsinin yaradılması”na həsr edilib.

Tədbir biznes sahibləri, marketinq və reklam direktorları, korporativ rəhbərlər, eləcə də biznes və marketinq sahəsinə aidiyyəti olan digər şəxslər üçün nəzərdə tutulub. Burada məqsəd COVID-19-un təsiri ilə bazar trendlərində, müştəri davranışlarında baş verən dəyişiklikləri təhlil etmək, vəziyyətə uyğun real həllər tapmaqdan ötrü ən yaxşı beynəlxalq təcrübələri nəzərdən keçirməkdir.

Bakı Marketinq Forumu iki sessiyadan ibarət olacaq. Birinci sessiyada daha çox inam effektinə diqqət yönələcək. İştirakçılar McKinsey şirkətinin hesabatına əsasən, COVID-19-un müştəri ilə brend arasındakı əlaqələrdə yaratdığı əsas fəsadlar haqqında öyrənəcəklər. Yeni şəraitdə müştərilərin məhsul və xidmətlərdən əsas gözləntiləri barədə təhlili məlumatlar təqdim olunacaq.

Forumun ikinci sessiyası isə müştəri düşüncəsindəki qeyri-müəyyənliklərin həlli məsələlərinə həsr ediləcək. Bu sessiyada əsasən, COVID-19 şəraitində B2C və B2B modeli üzrə müştəri və məhsul arasındakı münasibətlər haqqında fikirlər dinləniləcək. Bizneslərin yeni vəziyyətlə üzləşdiyi zamanda brend hekayələrinin müştərilərin ehtiyac və vərdişlərinə uyğunlaşdırılması yolları axtarılacaq.

Forumun spikerləri Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, McKinsey, Edelman, Unilever, TAB Food Investments, Azercell şirkətlərinin marketinq sahəsində beynəlxalq təcrübəyə malik ekspertləridir.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli bildirib:  “İstənilən böyük dəyişiklik bizneslər üçün müxtəlif problemlərlə yanaşı, yeni fürsətlər də gətirir. COVID-19 da bu baxımdan istisna sayılmamalıdır. Qlobal brendlərin iştirakı ilə belə bir forumun keçirilməsi isə mövcud vəziyyətin düzgün dəyərləndirilməsi, təcrübə mübadiləsinin aparılması və şəraitə uyğun həllərin tapılması baxımından faydalı olacaq. Bakı Marketinq Forumu bizim üçün bir başlanğıcdır. Belə bir təcrübə mübadiləsi ənənəsini biznes üçün digər əhəmiyyətli  istiqamətlərdə də davam etdirəcəyik”.

Bakı Marketinq Forumu haqqında ətraflı məlumatları buradan öyrənmək və tədbirdə iştirak üçün qeydiyyatdan keçmək olar. Forumda iştirak ödənişsizdir. Tədbir Azərbaycan dilində keçiriləcək, ingilis dilinə sinxron tərcümə təmin ediləcək.

Növbəti səhifə

Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit!