Valyuta məzənnələri

Valyuta kalkulyatoru

19.03.2019 tarixinə
M
$
1 AZN =0.5872 USD 0 (0%)

Valyuta məzənnələri

Məzənnələr brauzerin yaddaşında saxlanıla bilər. Ən son məlumatı almaq üçün, lütfən, səhifəni yəniləyin.
19.03.2019 tarixinə
  Alış Satış
Valyuta AMB Nağd Nağdsız Nağd Nağdsız
USD 1.7000 1.6970 1.6780 1.7030 1.7020
EUR 1.9288 1.8806 1.8806 1.9365 1.9423
GBP 2.2567 2.2003 2.2003 2.2838 2.2793
RUR 0.0264 0.0251 0.0247 0.0266 0.0266
CHF 1.6988 1.5799 1.6139 1.8177 1.7837
JPY 0.0153 0.0142 0.0145 0.0164 0.0161
CAD 1.2751 1.1858 1.2113 1.3644 1.3389
AUD 1.2076 1.1231 1.1472 1.2921 1.2680
TRY 0.3110 - - - -
AED 0.4628 0.4165 0.4397 0.4952 0.4859
SEK 0.1842 0.1713 0.1750 0.1971 0.1934
NOK 0.1990 0.1851 - 0.2129 -
DKK 0.2585 0.2404 - 0.2766 -
KZT 0.0045 - 0.0043 - 0.0059
GEL 0.6337 - - - -
Bizimlə əlaqə
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Bizə yazın

Bizə zəng edin

937

Bank online
Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Banka CV göndərin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Arayış sifariş edin

Təşəkkür edirik

Əməliyyat uğurla tamamlanmışdır

Kartın müddətini uzadın

Kampaniyalar

IBAm mobil əlavəsi yeniləndi - ən çox hökumət ödənişləri artıq bu tətbiqdə

Azərbaycan Beynəlxalq Bankı IBAm mobil əlavəsini daha da inkişaf etdirərək yeni funksiyaları müştərilərin istifadəsinə təqdim edib. Bununla da IBAm ən çox  hökumət ödəniş kanalı olan bank mobil tətbiqinə çevrilib. Belə ki, indi IBAm istifadəçiləri  cərimə, ipoteka, təhsil haqqı ödənişlərini, eləcə də bütün növ hökumət ödənişlərini IBAm vasitəsilə həyata keçirə biləcəklər. Eyni zamanda, artıq kommunal ödənişlər aparan zaman borclar və abunəçi haqqında məlumatlar da sistemdə əks olunur.

Mobil əlavədə bu son yenilənmə müştərilərdən daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq həyata keçirilib. Azərbaycan Beynəlxalq Bankının Pərakəndə biznes departamentinin direktor müavini Elşən Cəfərov bununla bağlı bildirib: “Azərbaycan Beynəlxalq Bankı ölkədə elektron xidmətlər üzrə lider bankdır. Bank elektron xidmət infrastrukturunu getdikcə inkişaf etdirir. IBAm mobil tətbiqinə kommunal və digər müntəzəm ödənişlərin, ən əsası isə ipoteka və cərimə ödənişlərinin əlavə olunması ilə bağlı son dövrlər kifayət qədər müraciətlər daxil olurdu. Məhz buna görə də sözügedən ödəniş növləri və bununla yanaşı digər bütün növ hökumət ödənişləri müştərilərin xidmətinə təqdim edildi. Yaxın vaxtlarda mobil əlavə istifadəçilərimizə digər bir sıra yeni xidmətlərimizi də təqdim edəcəyik”.

IBAm vasitəsilə kredit sifariş vermək, aylıq kredit borclarını ödəmək, eyni zamanda, kredit üzrə aylıq ödəniş qrafikini nəzarətdə saxlamaq da mümkündür. IBAm istifadəçiləri bütün bunlardan əlavə, aşağıda göstərilən bir çox imkanlardan faydalana bilərlər:

-Hesablar barədə məlumatın əldə edilməsi;

-Müştərinin bankda mövcud olan bütün plastik kartlarının növü, statusu və balansı barədə məlumatın əldə ediməsi;

-Kartlar və cari hesablar üzrə əməliyyat tarixçəsinin alınması;

-Kartların bloklaşdırılması və blokdan çıxarılması;

-“SMS-xəbərdarlıq” xidmətinin aktiv və deaktiv edilməsi;

-Həm Azərbaycan Beynəlxalq Bankına, həm respublikadaxili digər banklara məxsus kartlara köçürmələr;

-Müştərinin bankdakı mövcud kartları və hesabları arasında köçürmələr;

- Ölkədaxili hesablararası köçürmələr;

-Bankın filial, ATM və ödəniş terminallarının yerləşdiyi ünvanlar barədə məlumat;

-Daim yenilənən valyuta məzənnələri haqqında məlumat və valyuta konvertoru;

-Kommunal, mobil rabitə, internet, kabel televiziyası və digər bir sıra xidmətlərdən istifadəyə görə ödənişlər.

- Cash by code xidməti vasitəsilə ani köçürmələr

- Cərimə, ipoteka, sığorta və dövlət ödənişlər

IOS və Android istifadəçiləri “IBAm” mobil əlavəsini həm AppStore, həm də Google Play-dən yükləyə bilərlər.

Yükləmə linkləri:

Google Play - https://play.google.com/store/apps/details?id=iba.mobilbank

App Store - https://itunes.apple.com/us/app/ibam-mobil-bank/id1251456175?ls=1&mt=8

Bankın internet bankçılıq xidməti olan IBAnking xidmətinə isə bu link vasitəsilə qoşulmaq olar: https://ibanking.ibar.az

Bank yeni-yeni funksiyalarla IBAm mobil əlavəsinin imkanlarını gələcəkdə də genişləndirəcək.

Ölkəmizin müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Növbəti səhifə

Azərbaycan Beynəlxalq Bankı ilk Bakı Kouçinq və Liderlik Konfransına dəstək verəcək