Azərbaycan Beynəlxalq Bankının müştərisi “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın qaliblərindən oldu
Geri qayıtmaq

Azərbaycan Beynəlxalq Bankının müştərisi “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın qaliblərindən oldu

17.08.2020

Azərbaycan Beynəlxalq Bankının müştərisi, təmassız Mastercard ödəniş kartı sahibi olan Bəhruz Tarıverdiyev “Mastercard Bravo alış-verişinizə şans qatır” adlı tirajlı stimullaşdırıcı lotereyanın qaliblərindən oldu. Ödənişini Bankımızın kartı ilə aparan müştərimiz iyulun 22-də keçirilən tirajda “Lexus UX” avtomobili qazanıb.

Biz də şanslı müştərimizə Bankımızın yeni məhsulu olan İBAMiles premium kartını hədiyyə etdik.

Mastercardın keçirdiyi lotereya hələ yanvarın 17-ə qədər qədər davam edəcək. Mağazada Mastercard kartları ilə hər ödəniş bir şansdır. Təmassız ödənişlərdə isə uduş şansı 10 qat artır.

Azərbaycan Beynəlxalq Bankının təmassız Mastercard kartlarını buradan onlayn sifariş verə bilərsiniz:  https://ibar.az/az/individual/plastic-cards/

Siz də Bankımızdan ödəniş kartları sifariş edin, şansınız hər zaman bol olsun.

IBA Mobile
YÜKLƏ