BİLDİRİŞ
Geri qayıtmaq

BİLDİRİŞ

29.07.2020

Bakı şəhəri, Nizami küç., 67, “Azərbaycan Beynəlxalq Bankı”

Açıq Səhmdar Cəmiyyəti

29.07.2020

 

          Hörmətli səhmdar!

 

          “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) İdarə Heyəti Sizin nəzərinizə çatdırır ki, 15 sentyabr 2020-ci il tarixində saat 1500-da Bakı şəhəri, Nizami küç., 67 ünvanında Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Bununla yanaşı, Koronavirus (Covid 19) infeksiyasının yaratdığı pandemiya şəraitində səhmdarlarımızın sağlamlığının qorunması məqsədilə və kütləvi yığıncaqların qadağan olunmasını nəzərə alaraq səsvermə qiyabi şəkildə keçiriləcək.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:

  1. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2019-cu ilin maliyyə hesabatının təsdiq edilməsi haqqında;
  2.  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi haqqında;
  3. 2019-cu ilin maliyyə nəticələrinə əsasən dividendin ödənilməsi haqqında;
  4. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin strateji baxışı və missiya bəyanatı haqqında

Ümumi yığıncağın gündəliyinə çıxarılan məsələ üzrə materiallar 01.09.2020-ci il tarixindən Bankın rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-3.2-ci maddəsini və “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Ümumi Yığıncağı haqqında Əsasnamə”nin 2.11-ci bəndini nəzərə alaraq qeyd edirik ki, ümumi yığıncağın gündəliyində olan məsələlərə münasibətinizi dəqiq və şərtsiz bildirmək (lehinə, əleyhinə, bitərəf) və imzanız qanunvericilikdə müəyyən edilmiş qaydada (notarial) təsdiq edilmək, habelə şəxsiyyət vəsiqənizin surətini təqdim etmək şərti ilə bildirişə əlavə olunan bülleten formasını dolduraraq zərflə Bakı şəhəri, Nizami küçəsi 67 ünvanına 14.09.2020-ci il tarixədək göndərməklə səsvermədə qiyabi iştirak edə bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd olunan qaydada təqdim edilmiş zərflərin açılması ümumi yığıncağın keçirildiyi gün Bankın korporativ katibi tərəfindən həyata keçiriləcəkdir. 

 

 “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti

IBA Mobile
YÜKLƏ