Tərəfdaşlarla məlumat mübadilə şöbəsi - Aparıcı mütəxəssis
Back

Tərəfdaşlarla məlumat mübadilə şöbəsi - Aparıcı mütəxəssis

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən komandamıza qoşulmağa dəvət edirik!

Görəcəyiniz işlər:

  • “Nostro” və “Loro” hesabların açılmasına dair müvafiq rəylərin hazırlanması;
  • PL/TMM sahəsi üzrə müxbir banklar konfranslar, telefon zəngləri və işçi görüşlər vasitəsi ilə müzakirələrin aparılması;
  • İcra olunmuş köçürmələrlə bağlı müxbir banklardan daxil olmuş sorğuların cavablandırılması və müxbir banklara göndərilməsi nəzərdə tutulan sorğuların hazırlanması;
  • Bankda mövcud hesabların (o cümlədən hüquqi və qeyri-rezident fiziki şəxslərə açılan hesabların) “FATCA” və “CRS” tələblərinə uyğun monitorinqin həyata keçirilməsi;
  • Maliyyə institutlarına aid mərkəzləşdirilmiş məlumat portallarında PL/TMM sahəsi üzrə Bank haqqında tələb olunan məlumatların (sənədlərin) yerləşdirilməsi və yenilənməsi;
  • “FATCA” və “CRS” tələbləri üzrə zəruri işlərin həyata keçirməsi və hesabatların hazırlanması.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

  • Təlim və inkişaf məsələlərində Bankın dəstəyi;
  • Davamlı karyera inkişafı.

Bizim üçün ideal namizəd:

  • İqtisadiyyat və ya hüquq üzrə ali təhsili olan;
  • Banklarda müştərilərə xidmət sahəsində minimum 1 - 3 il iş təcrübəsi olan;
  • Ofis proqramlarında sərbəst iş bacarığı olan;
  • Azərbaycan və inqilis dillərini yüksək, rus dilini orta səviyyədə bilən;
  • Problemləri həlletmə bacarığı olan;
  • Analitik təhlil bacarığı olan;
  • Komandada iş bacarıqlarına sahib olan.

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “Tərəfdaşlarla məlumat mübadilə şöbəsinə aparıcı mütəxəssis")

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

IBA Mobile
YÜKLƏ