Əmanətlərin sığortalanması
Geri qayıtmaq

Əmanətlərin sığortalanması

Sığortalanma şərtləri

Azərbaycan Beynəlxalq Bankı - Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.

Sığortalanmış əmanət nədir?

Əmanətin elə bir hissəsidir ki, əmanətçiyə xidmət göstərən iştirakçı bankda sığorta hadisəsi baş verdikdə “Əmanətlərin sığortalanması haqqında” Qanunla müəyyən edilmiş məbləğdə Fond tərəfindən kompensasiya olunur.

Hansı əmanətlər sığortalanır?

  • 02 mart 2016-cı il tarixindən əvvəl: məbləği 30 000 manatadək - illik faiz dərəcəsi milli valyutada 15 %-dək, xarici valyutada 12%-dək olan əmanətlər sığortalanır.
  • 02 mart 2016-cı il tarixindən 01 iyul 2019-cu il tarixədək: illik faiz dərəcəsi xarici valyutada  3%-dək və milli valyutada – 15%-dək olan əmanətlər tam şəkildə sığortalanır.
  • 01 iyul 2019-cu il tarixindən 01 iyun 2020-ci il tarixindək: illik faiz dərəcəsi xarici valyutada  2.5%-dək və milli valyutada – 10%-dək olan əmanətlər tam şəkildə sığortalanır.
  • 01 iyun 2020-ci il tarixindən: illik faiz dərəcəsi xarici valyutada  2.5%-dək və milli valyutada – 12%-dək olan əmanətlər tam şəkildə sığortalanır.
  • 18 dekabr 2020-ci il tarixində qüvvəyə minmiş müvafiq qanunvericiliyə əsasən, 05 aprel 2021-ci il tarixindən  hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində (100 min manatdan çox olmamaq şərtilə) kompensasiya ödənilir.  

Sizin 02 mart 2016-cı il tarixədək ABB-də yerləşdirdiyiniz və illik faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təyin olunan faiz dərəcəsindən yuxarı olan əmanət müqavilələrinə müvafiq dəyişiklik edilərək faiz dərəcəsini Fond tərəfindən təyin olunan həddə azaldaraq əmanətinizin tam həcmdə sığortalanması mümkündür. Bank Sizə müraciət etdiyiniz günədək hesablanmış faizləri ödəyir, Sizinlə mövcud əmanət müqaviləsinə bankın qüvvədə olan faiz dərəcələrinə uyğun, lakin ABŞ dollarında 2.5%-dən, manatda 10%-dən yuxarı olmamaq şərti ilə əlavə bağlanılır.

1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-dan 12%-dək qaldırılmışdır, xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi isə 2,5% təşkil etmişdir. 

Kompensasiya şərtləri

Əmanətlər üzrə faizlər hansı məbləğdə ödənilir?

Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, əmanətin məbləği və faizlər yuxarıda göstərilən kompensasiya məbləğindən artıq olmasın.

Sığorta hadisəsi baş verdikdə kompensasiya hansı valyutalarda ödənilir?

  • Milli valyutada olan əmanətlərə - manatda;
  • Həm milli, həm də xarici valyutada olan əmanətlər - bir əmanət kimi manatla
  • ABŞ dolları və avroda olan əmanətlərə - həmin valyutalarda;
  • Digər valyutalarda olan əmanətlərə - sığorta hadisəsi baş verən günə Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən çarpaz məzənnə ilə hesablanmış ABŞ dolları və ya avroda.

IBA Mobile
YÜKLƏ