Daxili ipoteka krediti

Daxili ipoteka krediti

Azərbaycan Beynəlxalq Bankının Daxili ipoteka krediti məhsulu müştərilərə daha əlçatan şərtlərlə Bankın daxili vəsaiti hesabına mənzil və ya fərdi yaşayış evi əldə etmək imkanı verir.

Kimlər faydalana bilər ?

Daxili ipoteka krediti kalkulyatoru

15% 100%
0 1000000
1 il 20 il
İlkin hesablama
0 Minimal ilkin ödəniş
0 Aylıq kredit ödənişi
0 Kredit məbləği
0 % İllik faiz dərəcəsi
Onlayn müraciət et

Müştəriyə tələblər

Şərtlər

Azərbaycan Beynəlxalq Bankının kartı vasitəsilə əmək haqqı alan şəxslər üçün

Digər bankların kartı vasitəsilə əmək haqqı alan şəxslər üçün

Maksimal məbləğ

300 000 AZN

Müddət

20 ilədək

İllik faiz dərəcəsi

10%

11%

Minimal ilkin ödəniş

15%

30%

Təminat

Alınan əmlakın girovu ilə* / Digər daşınmaz əmlakın girovu ilə**

Ödəniş növü

Aylıq annuitet

Komisyon haqqı

1%

BGN (borcun gəlirə nisbəti) əmsalı

70%

* Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) çıxarışı olan mənzil və ya fərdi yaşayış evinin alınması zamanı

** Yeni tikili binada mənzilin alınması zamanı (DƏDRX-dən çıxarışı olmayan)

Tez-tez verilən suallar

Daxili ipoteka krediti haqqında

  • Daxili ipoteka krediti nədir?

Daxili ipoteka krediti vasitəsilə müştərilər Azərbaycan Beynəlxalq Bankının daxili vəsaiti hesabına sərfəli şərtlərlə mənzil almaq imkanı əldə edəcəklər.

  • Məhsulun hansı üstünlükləri var?

Minimal 15% ilkin ödənişlə, 20 ilədək müddətə kredit şərtləri ilə mənzil sahibi olacaqsınız.

    • Məhsulu necə əldə etmək olar?

    Tələb olunan sənədlərlə bağlı ilkin təhlil yekunlaşdıqdan sonra almaq istədiyiniz əmlakı Banka təqdim etməklə Azərbaycan Beynəlxalq Bankının daxili vəsaiti hesabına güzəştli şərtlərlə mənzil sahibi ola bilərsiniz.

    Daxili ipoteka kreditini hansı şərtlərlə rəsmiləşdirmək olar?

    • Kredit məbləğinə və müddətinə limitlər varmı?

    Kredit maksimal 300 000 AZN olmaqla 20 ilədək müddətə götürülə bilər.

    • Komissiya haqqı tələb edilirmi?

    Komissiya haqqı 1% təşkil edir.

    • Kreditin aylıq ödənişinə dair tələblər necədir?

    Kreditin aylıq ödənişi annuitet əsaslarla həyata keçirilir.

    • Zaminlik tələbi varmı?

    Zaminlik tələbi yoxdur.

    • Girov tələbi varmı?

    Alınacaq əmlak kreditin girov təminatı hesab olunacaq. Əldə edilən əmlak çıxarışsız olduqda, kredit çıxarışa malik digər daşınmaz əmlakı girov qoymaqla verilir.

    • Alınacaq əmlaka dair hansı tələblər var?

    Alınan və (və ya) ipoteka predmeti qismində çıxış edən əmlak yalnız Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşməlidir.

    • Tələb olunan sənədlər hansılardır?

    Şəxsiyyət vəsiqəsi, bank hesabından son 12 aylıq (minimum 6 aylıq) çıxarış və ya Elektron Hökumət Portalından arayış.

    • İş stajına dair tələb varmı?

    Sonuncu iş yeri üzrə staj minimum 6 ay olmalıdır.

    Müraciət etmək

    Əməkhaqqı, ya da pensiyanızı ABB-dən alırsınız?
    Əməkhaqqı, ya da pensiyanızı ABB-dən alırsınız?
    IBA Mobile
    YÜKLƏ