Korrupsiyaya qarşı mübarizə siyasəti
Geri qayıtmaq

Korrupsiyaya qarşı mübarizə siyasəti

SİYASƏT HAQQINDA

“Azərbaycan Beynəlxalq Bankı ASC-nin korrupsiyaya qarşı mübarizə siyasəti” korrupsiyaya qarşı mübarizənin əsas prinsiplərini, məqsədlərini və bu istiqamətdə həyata keçirilməsi zəruri olan tədbirləri müəyyən edir. Bank korrupsiyanı iqtisadi inkişafa və effektiv idarəetməyə əsaslı mənfi təsir göstərən faktor kimi qəbul edir. Bu kontekstdə, Bank korrupsiyaya qarşı “sıfır tolerantlıq” (“zero tolerance”) yanaşmasını rəhbər tutur. Bank əməkdaşları iş prosesində Korporativ mədəniyyətə və etik dəyərlərə riayət etməli, Peşəkarlıq və Bərabərlik prinsiplərini rəhbər tutmalıdırlar.

SİYASƏT KİMƏ ŞAMİL OLUNUR?

Siyasət Bankın bütün işçi heyətini, eləcə də Bankla işgüzar münasibətlərdə olan kontragentləri, mal, iş, xidmət təchizatçılarını, məsləhətçiləri və bu statuslara uyğun olan sair digər fiziki və hüquqi şəxsləri əhatə edir. 

KORRUPSİYA NƏDİR?

Bank əməkdaşlarının öz statusundan, təmsil etdiyi orqanın statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq üçünçü şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınması.  Bank əməkdaşları və ya Bank ilə əməkdaşlıq edən üçünçü şəxslər korrupsiya hüquqpozmaları ilə bağlı əsaslı şübhələr yaradan hallarla rastlaşdıqda, bununla bağlı yaradılmış “Qaynar xətt” telefon nömrəsinə +994 12 4930091 (daxili 2828) və ya achl@ibar.az e-mail ünvanına məlumat verməlidirlər.

HƏDİYYƏLƏR VƏ BİZNES QONAQPƏRVƏLİYİ

Bank müasir işgüzar etiketin əhəmiyyətli tərkib hissəsi hesab edilən biznes qonaqpərvərliyinə, eləcə də onun forması olan nümayəndəlik xərclərinə müsbət yanaşır. Bank biznes qonaqpərvəliyini reputasiya və imicin inkişafına müsbət təsir edən bir alət kimi qiymətləndirir və biznes qonaqpərvəliyi üzrə xərclərinin həcmi ağlabatan olmaq şərti ilə qəbul edir.

Bank əməkdaşları xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməzlər. Bank pul vəsaitlərini, qiymətli kağızları, habelə xidmətləri (iş, istirahət, əyləncə, maddi nemətlərdən istifadə və s.) də hədiyyənin forması kimi qəbul edir və onların digər şəxslərdən tələb və ya qəbul edilməsinə yol vermir.     

Bank əməkdaşları öz xidməti vəzifələrinin icrası ilə əlaqədar mövcud vəziyyəti nəzərə alaraq üçünçü şəxslərdən xırda və simvolik hədiyyələr qəbul edə bilərlər ( misal: şirniyyat, korporativ dəftər və s.)

UÇOTUN APARILMASI

Bank əməkdaşları qəbul etdiyi və ya onlara təqdim olunan hədiyyələr, habələ biznes qonaqpərvərliyinə dair xərclər  barədə birbaşa rəhbərinə məlumat verməlidirlər. Bank əməkdaşları qəbul etdiyi və ya onlara təqdim olunan hədiyyələr barədə bankın daxili sistemində müvafiq uçotu aparmalıdırlar.

KORRUPSİYA HALI İLƏ RAST GƏLDİYİNİZ HALDA NƏ ETMƏK LAZIMDIR?

Bununla bağlı yaradılmış “Qaynar xətt” telefon nömrəsinə +994 12 4930091 (daxili 2828) və ya achl@ibar.az e-mail ünvanına məlumat verilməlidir.

IBA Mobile
YÜKLƏ