Курсы валют

Конвертер валют

Курс на 06.07.2020
M
$
1 AZN =0.5875 USD 0 (0%)

Курсы валют

Курсы могут сохраняться в кэше Вашего браузера. Для получения самой последней информации, пожалуйста, обновите страницу.
Курс на 06.07.2020
  Покупка Продажа
Валюта Курс ЦБА Наличный Безналичный Интернет Банкинг Наличный Безналичный Интернет Банкинг
USD 1.7000 1.6970 1.6780 1.6785 1.7020 1.7020 1.7015
EUR 1.9187 1.8707 1.8707 1.8713 1.9340 1.9321 1.9315
GBP 2.1242 2.0711 2.0711 2.0717 2.1497 2.1454 2.1448
RUB 0.0239 0.0203 0.0215 0.0215 0.0249 0.0249 0.0249
CHF 1.8029 1.6767 1.7128 1.7133 1.9291 1.8930 1.8925
JPY 0.0158 0.0147 0.0150 0.0150 0.0169 0.0166 0.0166
CAD 1.2558 1.1679 1.1930 1.1934 1.3437 1.3186 1.3182
AUD 1.1838 1.1009 1.1246 1.1250 1.2667 1.2430 1.2426
TRY 0.2478 0.2230 0.2317 0.2318 0.2650 0.2602 0.2601
AED 0.4628 0.4165 0.4397 0.4398 0.4952 0.4859 0.4858
SEK 0.1833 0.1705 0.1741 0.1742 0.1961 0.1925 0.1924
NOK 0.1803 0.1677 0.1713 0.1714 0.1929 0.1893 0.1892
DKK 0.2576 0.2396 - - 0.2756 - -
KZT 0.0042 - 0.0040 0.0040 - 0.0055 0.0055
GEL 0.5577 - - - - - -
CNY 0.2411 - 0.2254 0.2255 - 0.2532 0.2531
Свяжитесь с нами
Спасибо

Заявка отправлена успешно

Напишите нам

Позвоните нам

937

Bank online
Спасибо

Заявка отправлена успешно

Отправить резюме

Спасибо

Заявка отправлена успешно

Заказать справку о состоянии счета

Спасибо

Заявка отправлена успешно

Продлить срок карты

Кампании

Банковские комитеты

Последнее обновление: 12.05.2020

Информация

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Aktiv və passivləri idarəetmə Komitəsi:

Nəbi Əliyev -

İdarə Heyəti sədrinin müavini, Komitənin sədri

Elmir Həbibullayev

-

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Aqşin Əmirov

-

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Vasif Əhmədov        

-

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Fuad İslamov

-

Bankın Baş direktoru, Komitənin üzvü

Nərgizxanım Biləndərli - Bankın Baş direktoru, Komitənin üzvü

Kamran Hüseynov 

-

Mərkəzi xəzinədarlıq departamentinin direktoru, Komitənin üzvü

 

2. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Strategiya və risklərin idarə edilməsi Komitəsi:

Xalid Əhədov

-

Müşahidə Şurasının üzvü, Komitənin sədri

Abbas İbrahimov -

İdarə Heyəti sədri, Komitənin üzvü

İlham Həbibullayev -

İdarə Heyəti sədrinin birinci müavini, Komitənin üzvü

Azad Məmmədov

-

Audit Komitəsinin sədri, Komitənin üzvü  (səsvermə hüququ olmadan)

Aqşin Əmirov

-

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Nəbi Əliyev -

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Taleh Tahirli

- İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Məcid Məmmədov

-

Müşahidə Şurasının müşaviri, Komitənin üzvü

Nihat Senyuva

-

Bankın Baş direktoru, Komitənin üzvü

Taleh Nəhmədov

-

Daxili nəzarət departamentinin direktoru, Komitənin üzvü

 

3. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Mükafatlandırma Komitəsi:

Emin Hüseynov

  •  

Müşahidə Şurasının üzvü, Komitənin sədri

Xalid Əhədov

  •  

Müşahidə Şurasının üzvü, Komitənin üzvü

Aqşin Əmirov

  •  

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Aynur Süleymanlı

  •  

Bankın Baş direktoru, Komitənin üzvü

Əzim Kazımov
  •  

Maliyyə menecmenti departamentinin direktor müavini, Komitənin üzvü

 

4. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İnformasiya texnologiyaları Komitəsi:

 

Nihat Senyuva
  •  
Bankın Baş direktoru, Komitənin sədri
Emil Əmirov
  •  
Bankın Baş direktoru, Komitənin üzvü
Samir Ağamalıyev
  •  
Bankın İnformasiya texnologiyaları departamentinin direktoru, Komitənin üzvü
Murad Qurbanov
  •  
Bankın Rəqəmsal innovasiyaların tətbiqi departamentinin direktoru - İdarə Heyəti sədrinin informasiya təhlükəsizliyi və İT üzrə müşaviri vəzifəsinə, Komitənin üzvü
Fariz Rəhimov
  •  
Bankın Risklərin idarə edilməsi departamentinin direktoru, Komitənin üzvü

 

5. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Audit Komitəsi:

Azad Məmmədov
  •  
Komitənin sədri
Zamiq Məmmədov
  •  
Komitənin üzvü
Məcid Məmmədov
  •  
Komitənin üzvü

 

6. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Böyük Kredit Komitəsi:

 

Abbas İbrahimov

  •  

İdarə Heyətinin sədri, Komitənin sədri

İlham Həbibullayev
  •  
İdarə Heyəti sədrinin birinci müavini, Komitənin üzvü
Aqşin Əmirov
  •  
İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Elmir Həbibullayev

  •  

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Nəbi Əliyev

  •  

İdarə Heyəti sədrinin müavini, Komitənin üzvü

Nərgizxanım Biləndərli

  •  

Bankın Baş direktoru, Komitənin üzvü

Fariz Rəhimov
  •  
Bankın Risklərin idarə edilməsi departamentinin direktoru, Komitənin üzvü

 

7. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Orta Kredit Komitəsi:

Nəbi Əliyev

  •  

İdarə Heyəti sədrinin müavini, Komitənin sədri

Fuad İslamov

  •  

Bankın Baş direktoru, Komitənin üzvü

Nərgizxanım Biləndərli

  •  

Bankın Baş direktoru, Komitənin üzvü

Fariz Rəhimov

  •  

Bankın Risklərin idarə edilməsi departamentinin direktoru, Komitənin üzvü

Ülvi Qasımov

  •  

Korporativ biznesin inkişafı departamentinin direktoru, Komitənin üzvü

 

8. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Kiçik Kredit Komitəsi:

 

Ülvi Qasımov

  •  

Bankın Korporativ biznesin inkişafı departamentinin direktoru, Komitənin sədri

Fariz Rəhimov

  •  

Bankın Risklərin idarə edilməsi departamentinin direktoru, Komitənin üzvü

Основные обязанности комитета

Aktiv və Passivləri İdarəetmə Komitəsinin vəzifələri

 

  1. Strategiya və risklərin idarə edilməsi Komitəsinin tövsiyələri əsasında Müşahidə Şurası tərəfindən təsdiq edilmiş limit həddində bazar və valyutalar üzrə limitlər barədə qərarlar qəbul etmək;
  2. Komitənin səlahiyyətlərinə aid olan və ya ona həvalə olunmuş risklərin idarə edilməsi üçün müvafiq istiqamət və hədəflərlə bağlı qanunvericiliyə riayət edilməsini təmin etmək;
  3. Bankın nağd və nağdsız likvidlik vəziyyətini müntəzəm monitorinq etmək, bu istiqamətdə müvafiq limitləri təsdiqləmək;
  4. Faiz dərəcələrinə həssas aktiv və passivlərlə bağlı risklərin idarə olunması məqsədilə qərar qəbul etmək;
  5. Qanunvericiliklə müəyyən edilmiş məlumatları Müşahidə Şurasının müzakirəsinə təqdim etmək.

 

 

Strategiya və risklərin idarə edilməsi Komitəsinin vəzifələri

 

  1. İdarə Heyəti tərəfindən hazırlanmış Bankın Strateji Baxışının və Missiya Bəyanatının layihələrini qiymətləndirmək;
  2. Bankın inkişaf strategiyasının prioritet istiqamətlərini hazırlayıb Müşahidə Şurasının təsdiqinə təqdim etmək;
  3. Bankın fəaliyyətinin nəticələrinin Strateji Plana uyğunluğuna nəzarət etmək və zəruri hallarda bununla bağlı İdarə Heyətinə tövsiyələr vermək;
  4. Bankın strateji hədəflərinə və məqsədlərinə nail olunmasına nəzarət etmək;
  5. Risklərin idarə edilməsi strategiyasına, siyasətinə və qaydalarına baxmaq və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim etmək;
  6. Müşahidə Şurasında müzakirəyə çıxarılacaq risk limitlərinə baxmaq və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim etmək;
  7. Götürülən risklərin bankın risklərin idarə edilməsi strategiyasına uyğunluğunun monitorinqini aparmaq;
  8. Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətləri seçmək və onların həyata keçirilməsi tezliyini müəyyən etmək;
  9. Qəbul edilmiş metod və modellərin tətbiqindən əldə edilmiş nəticələri təhlil edərək risklərin effektiv idarə edilməsi üçün risklərin qəbul edilməsi, minimallaşdırılması, ötürülməsi, habelə riskdənqaçma kimi tədbirlərin həyata keçirilməsi ilə bağlı Risklərin idarə edilməsi departamentinə müvafiq göstərişlər vermək.

 

 

Mükafatlandırma Komitəsinin vəzifələri

  1. Bankın mükafatlandırma siyasətini hazırlayaraq təsdiqlənməsi üçün Müşahidə Şurasına təqdim etmək, eləcə də onun mütəmadi təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;
  2. Mükafatlandırma siyasətinin Bankda onun risklərin idarə olunması siyasətinə uyğun və uzunmüddətli fəaliyyət nəticələrinə əsaslanması, strateji hədəflərə nail olunmasına yönəldilməsi, Bank tərəfindən üzərinə uzunmüddətli risklərin götürülməsi hesabına qısamüddətli dövrdə gəlir əldə etməsinə xidmət etməməsi, eləcə də Bank əməkdaşları və idarəetmə orqanları üzvlərinin əməyinin ödənilməsinin mükafatlardan asılı olmaması prinsiplərinə uyğunluğunu təmin etmək;
  3. Mükafatlandırma prosesinə ümumi nəzarəti həyata keçirmək;
  4. Ən azı ildə bir dəfə Strategiya və risklərin idarə edilməsi komitəsi ilə birgə mükafatlandırma sisteminin səmərəliliyini qiymətləndirmək;
  5. Mükafatlandırmanın ümumi həcmi üzrə təklifləri Müşahidə Şurasına təqdim etmək;
  6. Qanunvericiliklə müəyyən olunmuş qaydada Bankın Müşahidə Şurasına hesabat təqdim etmək.

 

 

 

İnformasiya Texnologiyaları Komitəsinin vəzifələri

 

  1. Bankın Strategiyası əsasında  İT və İT təhlükəsizliyi sahəsinə aid olan strateji təşəbbüsləri tərtib etmək və Müşahidə Şurasının müzakirəsinə təqdim etmək, lazımi hallarda həmin təşəbbüslərin yenidən baxılmasına dair Müşahidə Şurasına təkliflər vermək;
  2. Bankın büdcəsi təsdiq edildikdən sonra, İT sahəsi üzrə büdcənin icrasına nəzarət etmək;
  3. Bankın bütün avtomatlaşdırılmış sistemlərinin mükəmməl və fasiləsiz işini təmin etmək və monitorinqini aparmaq;
  4. İnformasiya texnologiyaları üzrə bütün müvafiq qaydaların, cari və fövqəladə hallar üzrə proseduraların və əməliyyat planlarının hazırlanmasını təmin etmək;
  5. Mühasibat uçotu və menecment informasiya sisteminin məlumatları üzrə adekvat ehtiyat nüsxələrinin (ehtiyat nümunələrinin) yaradılması üçün “Gözlənilməz hallar üzrə tədbirlər planının” hazırlanmasını təmin etmək;
  6. Bank işçiləri arasında yüksək səviyyəli texnoloji səriştənin və standartların mövcud olmasını təmin etmək məqsədilə müvafiq təlimlərinin keçirilməsinə nəzarət etmək;
  7. İT layihələri və proseduraları bağlı təhlükəsizlik və inzibati texnoloji məsələlərinə nəzarət etmək.

 

Kredit Komitəsinin vəzifələri

  1. Bankın kredit siyasətinə aidiyyatı üzrə baxılması və onu Müşahidə Şurasının təsdiqinə təqdim etmək;
  2. Kreditlərin verilməsi və kredit öhdəliklərinin götürülməsi, habelə onların şərtlərinin dəyişdirilməsi və restrukturizasiyasını təsdiq etmək;
  3. Portfel səviyyəsində kreditlərin vaxtlı-vaxtında ödənilməsinə nəzarət etmək;
  4. Kredit şərtlərinin Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının qaydalarına zidd olmamasını təmin etmək;
  5. Portfel üzrə cəmləşmə riskinin qarşısını almaq məqsədilə kredit portfelinin diversifikasiyasına riayət olunmasına nəzarət etmək;
  6. Vaxtaşırı kredit portfelinin monitorinqi üzrə aidiyyatı üzrə hesabat almaq;
  7. Kreditlərin verilməsi üzrə səlahiyyətlərə və prosedurlara riayət edilməsini təmin etmək;
  8. Kreditlərin qaytarılması üçün görülən bütün tədbirlərin icrasına nəzarət etmək.

 

 

Audit  Komitəsinin vəzifələri

  1. Daxili audit yoxlama və monitorinqləri həyata keçirəcək auditorlara (yoxlama qrupuna) yoxlama vəsiqələrinin verilməsini təmin etmək;
  2. Daxili audit departamentinin direktoru və əməkdaşlarının işə qəbul olunması, vəzifədə irəliləyişi, işdən kənarlaşdırılması və ya azad olunması, habelə mükafatlandırılması və intizam tənbehinə cəlb edilməsi ilə bağlı Müşahidə Şurasına təkliflər vermək;
  3. Daxili audit yoxlamalarının nəticələri və yoxlamaların nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılmasına, eyni zamanda daxili nəzarət sistemlərinin təkmilləşdirilməsinə dair Səhmdarların Ümumi Yığıncağına və Müşahidə Şurasına təklif və tövsiyələr vermək;
  4. Kənar auditordan audit zamanı aşkar olunan mühüm nöqsanlar, faktlar və hadisələr haqqında məlumat(lar)ın Audit Komitəsinə dərhal verilməsini tələb etmək;
  5. Kənar auditorla birgə işin təşkili ilə əlaqədar Bankın fəaliyyətinə dair bütün əhəmiyyətli məlumatların, bank sənədlərinin kənar auditora vaxtında və tam təqdim edilməsini təmin etmək.