ABB təcrübə proqramı sizə nələri vəd edir?

ABB təcrübə proqramı nədir?

Azərbaycan Beynəlxalq Bankının universitet tələbələri və yeni məzunlar üçün elan etdiyi 4 aylıq təcrübə proqramıdır. Proqram bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə Azərbaycan Beynəlxalq Bankında çalışanlardan biri olmaq imkanını yaradır.

Təcrübə proqramının iştirakçıları müəyyən edilmiş aylıq ödənişlə təmin olunacaqdır.

Bu təcrübə proqramı iştirakçılara nələri qazandıracaq?

  • Real iş mühiti ilə tanışlıq
  • Təcrübəçilərin öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki biliklərə yiyələnmə şansı
  • Bankın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti
  • Təcrübə proqramının sonunda işlə təmin olunma imkanı

Kimlər müraciət edə bilər?

ABB təcrübə proqramına müraciət etmək arzusunda olanlar üçün ilkin şərtlər:

  • Təhsil aldığı dövr ərzində CumGPA göstəricisi 3-dən yuxarı, digər qiymətləndirmə sistemlərində isə 75 faizdən yuxarı olmalı;
  • İngilis dili yuxarı səviyyədə (upper-intermediate level) olmalı;
  • Azərbaycan Respublikasının vətəndaşı olmalı;
  • Ali təhsilini 2018, 2019 və 2020-ci illərdə bitirməli və ya magistratura pilləsində təhsil almalı;
  • Bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslarda təhsil alan namizədlərə üstünlük veriləcəkdir.

Tez-tez verilən suallar

ABB Təcrübə proqramının müddəti nə qədərdir?

4 ay

ABB Təcrübə proqramı ödənişlidir?

Bəli, Təcrübə proqramına cəlb olunan təcrübəçilərə təcrübə müddəti ərzində hər ay müəyyyən məbləğdə ödəniş ediləcəkdir.

Əgər namizədin hazırki təhsil pilləsi Magistr seçilibsə "Qiymətlərin rəsmi çıxarışını (transkript) və ya diplomun qiymətlər olan içliyini hissə"-nə hansı sənəd əlavə olunmalıdır?

Magistrın hazırkı tarixə olan qiymətlərin rəsmi çıxarışı

ABB Təcrübə proqramına müraciət edənlər Bankın filiallarında təcrübə keçəcəklər?

Xeyr, Təcrübə proqramı yalnız Baş ofis strukturlarını əhatə edir.

Bakalavr təhsili qeyri iqtisadiyyat və maliyyə yönümlü, lakin, təhsilin magistratura pilləsində MBA təhsili alan tələbələr müraciət edə bilər?

Bəli

Təcrübə proqramında iştirak üçün hər hansı ödəniş tələb olunur?

Xeyr, ABB Təcrübə proqramında iştirak tamamilə ödənişsizdir.

2020-ci ildə məzun olan lakin diplomu əldə edə bilməyən namizədlər hansı sənədləri əlavə etməlidir?

4 ilin qiymətləri əks olunan transkript əlavə oluna bilər.

Hazırda pandemiya ilə əlaqədər olaraq universitetlər fəaliyyət göstərmədiyinə görə transkript əldə edə bilmirik. Bu halda nə etmək lazımdır?

ABB Təcrübə proqramında iştirak etmək üçün Diplom əlavəsi və transkript mütləqdir. Qeyd edək ki, təcrübə proqramına müraciət müddətinin son tarixi 01 Sentybar 2020-ci ildir. Həmin tarixə qədər təhsil müəssəsi ilə əlaqə saxlayıb namizədlər transkriptlərini əldə edə bilər.

Təhsil forması qiyabi olan tələbələr müraciət edə bilərmi?

Bəli, hər iki təhsil formasında (əyani, qiyabi) təhsil alan tələbələrimiz müraciət edə bilər.

Təcrübə proqramına qəbul hansı mərhələlərdən ibarətdir?

  • Müraciət forumunun doldurulması
  • IQ test
  • Xarakter testi
  • Müsahibə

Namizəd “Bankın fəaliyyət istiqamətinə uyğun ixtisaslarda təhsil almalıdır tələbində” uyğun ixtisaslar dedikdə hansı ixtisaslar nəzərdə tutulur?

İqtisadiyyat:

  • Maliyyə
  • Muhasibat uçotu və audit
  • Dünya iqtisadiyyatı
  • Marketinq
  • Menecment
  • Bank işi
  • Beynəlxalq İqtisadi münasibətlər və oxşar fənlər tədris edilən digər ixtisaslar

Hüquq

İnformasiya texnologiyaları :

  • Kompüter elmləri
  • Proqramlaşdırma
  • Tətbiqi riyaziyyat
  • İnformasiya təhlükəsizliyi
  • Sistem inzibatçılğı və digər oxşar ixtisaslar

İdarəetmə ixtisasları

  • Layihələrin idarə edilməsi
  • Menecement
  • Dövlət və bələdiyyə idarə etməsi və digər oxşar ixtisaslar

Qeydiyyatdan keç

ABB Təcrübə proqramına müraciət bitmişdir.